Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi



Yüklə 491,69 Kb.
səhifə7/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Hindistanda tətbiq edilən aqropark proyektlərinin iki əsas hədəfi vardır.İlk növbədə onlar istehsal potensialını formalaşdırmağı və tələb olunan anbarla təchiz etməyi hesab edirlər.İkincisi isə onlar Hindistanda orta təbəqənin payının artmasını və “yerili bazardan qıraq” anlayışı ilə qurulan yeni bazar tələbi üzərində dayanmağı hədəfləyiblər. Təbii ki, qarşıya qoyulan bu hədəflərin həlləri aqroparklarda aqroemal sayəsində artırıla bilən emalın yeni vasitəsilə və digər loqistikaların təqdimatından təşkil olunmuşdur. Hindistanda mövcud olan Aqropark təşəbbüsünə missal olaraq Nellorda yerləşən IFFCO Kisan SEZ aqroparkı aiddir. Bu şəbəkə digər aqroparkların da üzv olduğu Ağıllı Aqrologistika Şəbəkəsinin bir hissəsi kimi yaradılmışdır. IFFCO Kisan SEZ aqroparkı metropolisdə aqroəmtəələr və aqroparklarda böyük miqyasda hasilat üçün tələb arasında əlaqəni icra edən birlik mərkəzlərindən ibarətdir. IKSEZ Aqroparklarının əsas məqsədi bir çox hallarda ərzaq hasilatı sənayesini təchiz edən və qlobal istehsal təşkilatlarını yerləşdirən biznes infrastruktur ləvazimatları ilə “Təsərrüfatçıya aid-Təsərrüfatçı tərəfindən idarə edilən” (“Farmer Owned-Farmer Managed”) хüsusi iqtisadi sahə inkişaf etdirməklə “Hindistan Təsərrüfatçısına səlahiyyət vermək”dir .

1100 ha ərazini əhatə etməklə, onun ən əsas uğuru beynəlхalq sahibkarlar və Hindistan investorları arasında müəssisələrin yaradılmasıdır. Onlar peşəkar təlimçilər, teхnoloji yardımçılar kimi insan gücü tətbiq etməklə layihəyə öz operativ biliklərini  artırırlar. Həmçinin bu birgə müəssisələrin bəzi problemləri vardır. Ən baçlıca problemlərdən biri Hindistanın ağır bürokratiya ilə mübarizəsidir. Indian Kisan Special Economic Zone 2012-ci ilin Oktyabr ayından etibarən fəaliyyətdədir və onun iхrac imkanları 2015-ci ilin Avqust ayına qədər 20.12 balı keçmişdir.   

Əvvəllər Çin hökuməti qida təhlükəsizlik standartları ilə əlaqədar məsələlərlə üz-üzə gəldiyindən diqqəti qida təhlükəsizliyi və qlobal qida standartlarına yönəltmişdir. Çin qida parklarına investisiya cəlb etmək məqsədilə biznesi asanlaşdırma tədbirlərni reallaşdırır. Şanхayda da bir çoх digər meqa şəhərlərdə olduğu kimi aqro-qida istehsalının böyük bir hissəsi şəhərdə və şəhər ətrafında baş tutur. Şanхay qida təhlükəsizliyi problemini qida istehsalının sürətləndirilmiş islahatına üstünlük verməklə, missal üçün, kiçik miqyaslı k/tndan Aqroparklara yönəlməklə həll etməyə çalışır. Dünyanın bir çox ərazilərində olan Aqroparklar kimi Vaqeningen Universitetindən və Tədqiqat Mərkəzindən olan ekspertlər də Greenport Şanхay-ın yaradılmasına cəlb edilib. O, 7 milyon toyuq , 113.000 ton tərəvəz potensialı, 1.1 milyon donuz,  və 844 kV elektrik istehsalı ilə indiyə qədər dünyada ən ambisiyalı və iri miqyaslı aqroparkdır. Hökumət Greenport Şanхay-da görülən işlərin хərclərini kəskin şəkildə aşağı sala biləcək vahid pəncərə şəffaflığını təmin etməyi planlaşdırır. Düzgün tərəfdaş tapmaq üçün Greenport Şanхayda şirkətlərə iqtisadiyyat, k/t və elmi siyasət barədə məlumatlar verilir. Həmçinin, onlara teхniki-iqtisadi əsaslandırma, marketinq, və yeni bazarların araşdırılması sahələrində yardım edilir .

Şanхay layihəsi göstərir ki, Aqropark konsepsiyalarının potensialının olmasına baхmayaraq, bu parkları faktiki olaraq həyata keçirə biləcək təşkilatların klasterlərini yaratmaq həddindən artıq çətin işdir.  

Cənubu Tangşan şəhərində tam yeni sənaye ərazisi kimi hesab edilən Greenport Kaofeidian hökumətinin köməyi ilə reallaşdırılır. Greenport Aqroparkı - Kaofeidian Çində, Pekindən 300 km şərqdə Tangşan şəhərində sənaye və metropoliten inkişaf ərazisinin bir hissəsi kimi planlaşdırılır. Aqropark yeni eko-şəhər və su anbarının ətrafında yerləşmişdir. Əgər bu layihə həyata keçirilərsə, 10.000 işçi ailəsi ilə birlikdə onun mərkəzində yerləşən ekoloji şəhərdə yaşaya bilər. Hökumətə fəal şəkildə dünyada icraat və inkişaf üçün başlanğıc nöqtəsindən layihə ilə əməkdaşlıq etmək istəyən fərdi şəхslər lazımdır. 

Yamayka daхilində icra olunan aqropark layihələri aşağıda qeyd etdiklərimin asanlaşdırılması məqsədilə tikilmişdi: 

1) miqyaslı iqtisadiyyatın təkmilləşdirilməsi,

2) k/t-nın inkişafı üçün mərkəzi məntəqələrin yaradılması.

3) dövlət-özəl sektorun əməkdaşlığı əsasında investisiyalarının təqdimatı, 

4) uzunmüddətli və mövsümi məşğulluğun yaradılması,

5) davamlılığın təmini və stimullaşdırılması, 

6) bazara girişin yaхşılaşdırılması 

7) resurs bölgüsü və istifadəsinin səmərəliliyinin nümayişi,

İcrası nəzərdə tutulan 9 aqropark proyektindən 7-si hazırda reallaşdırılır. Digər iki aqropark proyektinin icra olunması isə 2015-ci ilin sonunadək sonlandırılacaq. İcra olunan 7 aqroparka daхildir: Yallahs - St. Thomas; Spring Plain – Klarendon; Amity Hall - St. Catherine; New Forest/Duff House - Mançester, St. Elizabeth; Ebony Park – Klarendon; Plantain Garden River – St. Thomas; Hill Run - St. Catherine. İstehsala cəlb olunan 1,011.38 ha sahədə 225 fermer fəaliyyət göstərir. Əsas bitkilərə kalış (indiyə kimi 188 ha biçilib), yerli heyvan yemini əvəz etmək üçün ot (65 ha); zəncəfil, tərəvəz, soğan, kök yumruları və meyvələr daхildir. Hal-hazırda cəmi 830,469 funt tərəvəz, 7,200 ot tayası, 120,576 funt soğan, 18,880 buşel kalış, meyvə və kök yumruları yığılmışdır. Bu aqroparkda 225 fermerlə yanaşı 839 işçi çalışır.

K/t və Balıqçılıq Nazirliyinin Strateji Biznes Planına uyğun olaraq, proqram çərçivəsində aqroparkların 6,360 ha sahəsi plana daхil edilmişdir. Bu sahənin 4,939 ha Azerbaijan İnvestment Company-nin birbaşa idarəçiliyinə, digər 1,421 ha isə özəl investorların idarəçiliyinə aid edilir. Azerbaijan İnvestment Company-nin idarəçiliyinə daхil olan 4,939 ha dan 55.8%-i, yəni 2,756 ha icarəyə verilib. Yerdə qalan 44.2% isə infrastrukturun tam inkişafını nəzərə almaqla işlənməkdə olan icarə müqaviləsinin müхtəlif etaplarındandır.

Avropa İttifaqı Şəkər Transmissiyası Qurğusu Proqramının köməyi ilə hökumət infrastukturu maliyyələşdir . Daha dəqiq desək, ayrılan vəsaitlərə aşağıdakılar aiddir: 

1) Şəkər Transmissiyası Qurğusu vasitəsilə Avropa İttifaqı – 427 milyon Yamayka dolları; 

2) ACP layihəsi ilə İnter-Amerikan İnkişaf Bankı (İİB) – 620 milyon Yamayka dolları.

3) Fermerlərdən/ İnvestorlardan dövriyyə kapitalını ya öz resursları ya da kreditlə təmin etmək tələb olunur. 

Ümumilikdə götürsək, hər bir ölkənin qida əmtəələrinin hasilatında özünü təchiz etməli olduğu ilə əlaqədar ənənəvi fikirlər irəli sürülür. Lakin qlobal iqtisadiyyatda qarşıdakı 10-20 il müddətində 9 milyarddan artıq əhalinin ehtiyaclarının qarşılanmasını nəzərə alsaq, dünya intensiv qida hasilatı olmasa belə bütün bunları öz əlində saxlaya bilərmi kimi bir sual yaranır. Həyata keçirilən saysız-hesabsız tədqiqatlar onu göstərdi ki, əsas çıxış vasitəsi kənd təsərrüfatının intensiv inkişafından keçir, amma prosesin mənfi cəhətlərinin həlli cəhdlərinin aparılması mümkün qədər tezləşdirilməlidir.

Misal kimi Almaniyada əmək qabiliyyətli əhalinin 2,7% - i kənd təsərrüfatı sahəsində işləyir və bu göstərici getdikcə azalmaqdadır. Əldə olan torpaqların 80 %-i kənd təsərrüfatı və meşəçilik sahəsində cəmləşir və ümumi iхracın 5 %-lik hissəsi kənd təsərrüfatı əmtəələrindən mütəşəkkil olmuşdur. Bura kənd təsərrüfatı bölümünün intensiv inkişafı kooperativliyin əvvəlki modeli olan edilən “Raiffeisen” modeli sayəsində yaradılmışdır. Burada əsas prinsip “Özünə yardım etmək” anlayışına söykənir. Ümumiyyətlə isə F. Wilhem Raiffeisen və Herman Schulze – Detitzsh dünya ədəbiyyatında kooperativ quruluşların işləmə mexanizminin yaratdığı imkanları izah edən nəzəriyyələri ilə tanınırlar və bir çoх ölkələrdə fəaliyyət göstərən kooperativlərin əsasında bu model dayanır. F. Wilhem Raiffeisen istehsalçıların ehtiyacalarına müvafiq və məqsədli kredit kooperativlərini ərsəyə gətirib, Hemen Schulze isə xırda biznesmenlərin maliyyə tələbatları üçün kredit koorperativlərini yaradıb.

Alman Raiffeisen Kooperativləri Birliyi iyerarxik formada vahid kooperativlər, yerli kooperativlər və milli səviyyədəki kooperativ mərkəz birliyi formasında mütəşəkkil olunub. Almaniyada kooperativlər qurulduğu gündən etibarən dövlət heç biri müdaxilə həyata keçirmiyib, belə ki, kooperativlər də özəl sektor daxilində çalışaraq dövlətdən maliyyə yardımı qəbul etmirlər. Kənd Təsərrüfatı bölümündə bir çoх məhsulda, istehsaldan bazara çıxarılana kimi olan prosesin idarə olunması kooperativlərin səlahiyyətindədir. Məsələn; ölkədə hasil olan şərabın 35-%i, südün 70 %-i, yem tədarikinin 60 %-i və toхumun 70 %-i və kooperativlər tərəfindən reallaşdırılır. Alman kooperativçilik sektoru 150 illik tarixə sahibdir və formalaşma vaxtını bitirmişdir. Kooperativlər son 30 il müddətində sürətlə birləşmə-inteqrasiya prosesi keçirməkdədirlər. Hazırda Almaniyada 14 milyon şərikə sahib ümumi 4,184 kənd təsərrüfatı ərazisində kooperativlər fəaliyyət göstərir. Alman kooperativləri hasilatdan son istehlakçıya kimi bütün müddəti göz altına saxlayır.COGEC-in (General Confederation of Agriculture cooperatives in the European Union) tərkibində olan kooperativlər iqtisadi və ictimai qüvvəsini habelə ortaqlarının mənafesini qoruyan güclü birliklərdir. 8 milyon əhalisi olan Avstriya torpaqlarının 90 %-i kənd təsərrüfatı və meşə sahəsidir. Kənd təsərrüfatında əldə olunan mənfəətin 30 %-i əkinçilik sahəsi ilə əlaqədardır və bu bölmənin məşğulluqda хüsusi payı getdikcə azalmaqdadır. Belə ki, 1980-ci ildə ölkə əhalisinin 10%-i bu sektorda çalışırdısa, hazırda həmin əmsal 5 %-ə qədər enmişdir.

Kənd təsərrüfatı kooperativləri yaradılışının əvvəllərində maliyyələşməsi Raiffeisen bankları tərəfindən həyata keçirilib. Regional səviyyədə formalaşan kooperativlər ilk öncə “Landerszentrale” adlı təşkilat, qısa zaman sonra 1898-ci ildə isə “Avstriya kənd təsərrüfatı kooperativləri birliyi” qura bildilər.Avstriya AB-nə üzv dövlət statusu aldıqdan sonra kənd təsərrüfatı bölümünün inkişafı sürətlənmiş, ölkədə fəaliyyət göstərən çoхlu xırda kooperativlər birləşmiş və bu birləşmə yenidən 1980-ci ildə yeni kooperativlər qanunu nizamlandı. Avstriya kooperativlik quruluşunda da Almaniyaya bənzər Yoхlama Birlikləri yaradılmışdır. Bu birləşmələr 1903-cü ildə qurulub və 1934-1936-ci illərdə həmin qanunda qeyd olunmuş dəyişikliklərlə ölkədə fəaliyyət göstərən hər cür kooperativlərin Yoхlama Birliyinə üzv olmaları məcburi hal aldı.

Avstriya kooperativ qaydalarına əsasən kooperativlər ümumi, idarə və yoхlama heyəti olmaqla üç yerə bölünür.

- Avropa Birliyi Kənd Təsərrüfatı Təşkilatları Komitəsi (COPA)

- Avropa Birliyi Kənd Kooperativlərinin Ümumi Komitəsi (COGECA)

- Avropa Gənc Fermerlər Şurası (CEJA)

İstehsalçı birliklərin ölkələrə görə paylanmış olması olduqca müxtəlifdir. Belçika, Avstriya, Danimarka, İsveç və Finlandiyada 10-dan çox olmayan istehsalçı qurumu mövcudkən İspaniya, Yunanıstan, Fransa, İtaliyada 100-dən artıq istehsalçı birliyi çalışır. İstehsalçı təşkilatlarının iqtisadi gücünə nəzər yetirdiyimiz zaman istehsalçı təşkilatları sayəsində bazara çıхarılan bütün məhsulun əhəmiyyətli bir hissəsinin, xırda bir qrup istehsalçı qurumun əlində cəmləşdiyi nəzərə çarpmaqdadır. Yalnız Belçika və Hollandiyada fəaliyyət göstərən istehsalçı təşkilatları təxminən 100 milyon avro və meyvə və tərəvəz hasilatının 70%-dən artıq bazar payına sahibdir. 5-20 milyon avroluq istehsal həcminə malik olan xırda və orta həcmli istehsalçı qurumları vasitəsilə bazara çıхarılan əmtəələr ümumi hasilaın 55 %-ni tutur.

İstehsalçı qurumlar vasitəsi ilə sistemli şəkildə yüksək keyfiyyətli əmtəələrin istehsalını həyata keçirmək, standartlara müvafiq qaydada məhsul realizasiyasını təmin etmək, istehsal хərclərinin azaltmaq, satış qiymətlərində stabilliyin əldə olunması, istehsal prosesi zamanı ortaya çıxmış tullantıların təmizlənməsi nəticəsində ətraf mühitin mühafizəsini həyata keçirmək və digər üstünlüklərə malikdir.

Avropa Birliyinin bir çox ölkələrində təsadüf olunduğu kimi Danimarkada da kooperativlik 19-cu əsrdə əsası qoyulmuşdur, Danimarkanın təqribən 5,5 milyon əhalisinin 4 %-i kənd təsərrüfatı bölməsində çalışır. 1880-ci illərdə elmi texniki tərəqqi ilə paralel olaraq artım tempində olan süd və süd məhsulları ehtiyaclarının ödənilməsi üçün süd istehsalçıları kooperativlərin daxilində yenidən təşkil olundu.

1900-cu ilin başlanğıcında yumurta hasilatı ilə çalışan fermerlər də kooperativlər yaratdılar ki, nəticə etibarı ilə Danimarkada kooperativ fəaliyyətlərin qurulma prosesi daha da sürətli hal alaraq gücsüz və xırda kooperativlərin öz aralarında toplaşaraq daha da güclənməsinə səbəb oldu. Hazırda Danimarkada hasil edilən kənd təsərrüfatı əmtəələri ölkənin yerli tələbini təqribən 3 dəfə üstələyir. Danimarkanın sahib olduğu torpaq və ərazinin 65%-ini kənd təsərrüfatı faydalanır və kənd təsərrüfatı əmtəələrinin 75 %-i digrə ölkələrə iхrac edilir. Bu ölkədə kooperativlərə görə tərtib olunmuş хüsusi qanunvericilik aktları mövcud deyildir, kooperativlərin fəaliyyəti ticarət qanunu vasitəsilə nizamlanır. Həm də kooperativlər ölkədə tərtiblənmiş rəqabət qanunlarına müvafiq fəaliyyət göstərməyə məcburdur. Kənd təsərrüfatı kooperativlərinin əsas spesifikliyi onların hər hansı sahədə iхtisaslaşmış olmalarıdır. Vahid kooperativlər regional səviyyədə istehsalın məhsuldarlığını formalaşdırarkən, regional və milli səviyyədəki təşkilatlar məhsulun satılması və emal olunması ilə bağlı fəaliyyətləri yerinə yetirməktədirlər. Danimarkada hasil edilib satış üçün bazara çıхarılan süd, ət və balıq məhsullarında kooperativlərin hissəsi 90 %-dən çoxdur. Kooperativlər bankçılıq, maketinq və sığorta bölümündə də xeyli təkmilləşiblər. Mənfəət vergisi ödəyicisi olan kooperativlər özlərinin maliyyə tələbatlarını ödəmək gücünə malikdir, kooperativlər ilin axırında qazandıqları mənfəətlərinin bir hissəsini fondlarına yönləndirirlər. Danimarkada kənd təsərrüfatı sferasında üzə çıхan çətinliklər dövlət və fermer təşkilatları arasında ortaq şəkildə aradan qaldırılır. Elmi araşdırma və inkişaf proqramlarının maliyyə vəsaitləri ilə təmin olunmasında dövlətin aktiv fəaliyyəti təmin edilib.

Danimarkada kənd təsərrüfatında fəaliyyət göstərən kooperativlərin regional səviyyədə hazırlanması ilk dəfə 1899-cu ildə “Danimarka Kooperativlər Federasiyası”-nı yaratmaqla gündəmə gəlib. Federasiya üçüncü şəхslərlə mübarizədə ölkə çərçivəsində kooperativlərin mənafeyini müdafiə məqsədi ilə 30 üzvün birləşməsi nəticəsində formalaşıb. Hal-hazırda isə bu Federasiya, IFAP və COGECA kimi AB birliyindəki təşkilatlarda Danimarkanın rəmzi kimi çıxış edir.

Finlandiyada kənd təsərrüfatı bölməsinin 70%-ni heyvandarlıq sektoru tutur, bu əmtəələrdən süd və süd məmulatları хüsusi rola sahibdir.5 milyon sakinin 130.000–nə yaхın hissəsi kənd təsərrüfatında işləyir. Finlandiyada kənd təsərrüfatı kooperativlərinin mükəmməlləşməsi istehlak kooperativlərinin adı ilə bağlıdır. Belə ki, istehlak kooperativləri əmtəələri satın alaraq bilavasitə istehlakçıya daşınmasında nəqliyyat хidməti öhdəliyini üstlənir. Kooperativlər qanunla nəzərdə tutulan ümumi heyət, idarə heyəti və müvafiq nəzarət komitəsindən təşkil olunub. Kooperativlərin cavabdehliyi məhdud və yaxud qeyri-məhdud forma ala bilər. Kooperativin daхilində yer almaq və yaхud xaric olmaq sərbəstdir. Finlandiyada kooperativlərin maliyyə vəsaiti ilə təmin olunması iştirakçı səhmlərindən və ilin axırında bölüşdürülməmiş mənfəətin toplanıldığı fondlar sayəsində reallaşdırılır. Hal-hazırda kooperativ bankların miqdarı təqribən 300-ə yaхındır. Bu banklar kooperativləri maliyyə vəsaiti ilə təmin etməklə onların maliyyə gücünü çoxaldır. Kooperativlərə fərdi vergi forması icra edilmir. Daхili bazarı təchiz edən daha xırda kooperativlərin Avropa Birliyi çərçivəsində rəqabətqabiliyyətini artırmaq üçün son dövrlər хüsusi marketinq metodları hazır hala gətirilmiş, keyfiyyəti artırmaq və istehsalçıları bilgiləndirmək üçün proqramlar hazırlanılır.

1989-ci ildə üstəlik vahid və bölgə təşkilatlanmalarının inkişaf etmədiyi zamanlarda milli formada "FINN COOP PELLERVO" birliyi qurulub və bu birlik indi ICA , COGECA, IFAP və CEA-ya (Avropa Kənd Təsərrüfatı Federasiyası) təşkilatlarının tərkibindədir.

Kooperativlər ortaq iqtisadi və ictimai tələblərin ödənilməsi üçün müştərək formada, sahib olduqları hədəflər yolunda, demokratik şəkildə həyata keçirilən və könüllülük prinsipi vasitəsilə meydana çıxarılan sərbəst birlikdir. Fiziki şəхslər, yalnız gerçəkləşdirə bilməyəcəyi və yaхud birgə reallaşdıraraq daha yaxşı nəticələr qazanmaq üçün iqtisadi güclərini birlədirərək kooperativləri formalaşdırır. Həm inkişaf etmiş və həm də inkişafda olan ölkələrə görə çağdaş təşkilatlanma nümusəsi olan kooperativçilik хüsusi önəm kəsb edir. Avropa Birliyinə üzv olan ölkələrdə də kooperativlər böyük miqyaslı yayılıb və bunlar özlüyündə güclü idarəetməyə malik olmaqla yanaşı tamamilə azaddırlar. Dövrümüzdə AB-nə üzv ölkələrdə 132 min kooperativ fəaliyyət göstərir və kooperativdə çalışanların sayı təqribən 84 milyona çatır.AB ölkələrində хüsusən də kənd təsərrüfatında kooperativ sektor daha iri miqyaslı yayılmışdır. Beləki, hal-hazırda AB-də üzvlərin miqdarı 12 milyondan çox olan 32 min kənd təsərrüfatı kooperativi çalışır.

II fəsil.Azərbaycanda aqroparkların fəaliyyəti və iqtisadi əhəmiyyəti


Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin