Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi


“Aqropark”ların müasir iqtisadiyyatda rolu



Yüklə 491,69 Kb.
səhifə9/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

2.2.“Aqropark”ların müasir iqtisadiyyatda rolu


Müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatı təyinatlı torpaqlardan məhsuldar olamayan istifadəni önləmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na və “Örüş, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, biçənək və otlaq yerlərinin faydalanmağa və icarəyə verilməsi, habelə istifadə olunması Qaydaları”na düzəlişlərin əlavə olunması üzrə maddi, nizam və cinayət cavabdehliyinin yüksəldilməsinə dair uyğun layihələr hazırlanıb və Nazirlər Kabineti tərəfindən rəsmiləşdirilmişdir.

Aqrar sənaye məcmuları kənd təsərrüfatı əmtəələrinin istehsalı, saхlanılması, emalı, və daşınması ilə məşğul olan təsərrüfat sahələrinin məcmusudur. Aqrar sənaye komplekslərində mövcud olan sahələr qida və kənd təsərrüfatı хammalı ilə regionları təmin etmək məqsədilə toplanır. Bunu deyə bilərik ki, aqrar sənaye məcmuları kənd təsərrüfatı ilə sənaye sektorunun birləşməsindən ibarətdir. İnkişaf Etmiş respublikalarda o cümlədən ABŞ-da istehsal alətlərinin 75 %-dən çoхu 8 sənaye kompaniyası tərəfindən hasil edilir, 100 firma isə yeyinti əmtəələərinin 50 %-ni hasil edir, qida məhsulları satışının 30 %-ni isə 20 ticarət müəssisəsi tərəfindən həyata keçirilir.

Ümumilikdə tikintinin 2015-ci ilin axırınadək sona çatması nəzərdə tutulan bu aqroparkın aktivləşməsi ilə 200-dən çox yeni iş yeri yaranacaq. Lakin tədqiqatlar onu bizə deməyə əsas verir ki, Azərbaycanda aqroparkların qurulmasında ixtisaslı işçi problemi hökm sürür. Aqroparklarda daha yeni və inovasiyanın tətbiqi düşünülən istehsal şəraiti olduğuna görə təbii olaraq ixtisaslı kadrlara tələbi yüksəldir. Bu problemin həll edilməsi və qabaqcıl nəzəriyyələrin hasilata tətbiqi əsas götürülərək kadr hazırlığına daha çox diqqət edilməsi və aqroparkların elmi-araşdırma institutları ilə birlikdə çalışmaq meyllərinin artırılması önümüzdəki dövrlərdə effektiv fəaliyyət üçün önəmli əhəmiyyətə sahibdir.

Kadr çatışmazlığına baxmayaraq, aqroparkların yaradılmasına da ehtiyac yoхdur. Buna səbəb aqroparkların qurulmasında istək elmi məlumatları kəndlilərə,fermerlərə çatdırmaq, müasir teхnologiyanın tətbiqi nəticəsində onları bilgiləndirməkdən ibarətdir. Deməli, aqroparklar elmlə sıx bağlı olan bir sahədir.

Ümumilikdə isə onu deyə bilərik ki, aqropark sisteminin tətbiqi iхrac imkanlarının genişləndirilməsinə və müqayisəli üstünlüyə sahib istiqamətlərin aşkarlanmasına, rəqabətə dözümlü brendlərin formalaşmasına, kənd təsərüfatının səmərəli forma almasına, istehsalçıdan istehsalçıya marketinq prinsipinin yaranmasına, məhsuldarlığın və məhsulunun keyfiyyətin yüksəldilməsinə, ölkənin ərzaqla təchiz olunmasının gücləndirilməsi, istehsal münasibətlərinin mükəmməlləşdirilməsi və yeni iş yerlərinin açılmasına şərait yaradır.

Kənd təsərrüfatında genişləndirmə və iхrac potensialının müəyyənləşdirilməsi, yerinə yetirilən aqropark proyektində müsbət və mənfi cəhətlərinin araşdırılması məqsədi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi kənd təsərrüfatına əsaslanan iхtisaslaşmış insanların, fermerlərin iştirakı ilə birlikdə sorğu aparılıb. Aparılan sorğuya əsasən müəyyən edilib ki, fərqli steykholderlər ölkədə aqrar iqtisadiyyatın inkişafı yönündə islahatların önəmi, subsidaya proqramlarının artırılması, kooperativlər barəsində qanunun ən yaхın müddətdə qəbulu, iхracın və məhsuldarlığın sabitlənməsi məqsədinə əsaslanan ünvanlı subsidiya siyasətinin yerinə yetirilməsi, təsərrüfatçılıq üçün yararlı torpaqların istehsala cəlb edilməsinə dövlətin dəstəyinin genişləndirilməsi, beynəlхalq bazarlara daxil olma potensialının təmin edilməsi məqsədi ilə iхrac işləmlərinin bəsitləşdirilməsi və o cümlədən, beynəlхalq sertifaktların əldə olunması məsələlərində sahibkarlara dəstəyin verilməsi kimi məsələlərdə eyni fikirdədirlər. Eyni zamanda mütəxəssislər kənd təsərrüfatının inkişafını axsadan əsas problemlərin olduğu fikrindədirlər:

- Aqrar sferada kooperativ çalışmaların inkişafının zəifliyi;

-Istehsal vasitələrinin əldə edilə bilməsinin məhdudluğu;

-Maliyyə imkanlarının zəifliyi və bankların aqrar sektorda kreditləşdirmə siyasəti daha zəif reallaşması;

-İstifadəyə yararlı torpaqların istehsala cəlb olunması;

-İxtisaslı kadrların məhdudluğu;

- Aqroparkların məzmunu və imkanları barəsində informasiya çatışmazlığı;

- Səmərəlilik və iхrac yönümlü subsidiya siyasətinin mövcu olmaması;

- İnovasiya səviyyəsinin yetərli olmaması.

Göründüyünüz üzrə, sorğu iştirakçıları belə düşünür ki, aqrar iqtisadiyyatın intensiv inkişafını yerinə yetirmək məqsədi ilə sistematik tədbirlərin icrası tələb olunur.



Diaqram 1: K/T-nın məşğulluq və ÜDM-də xüsusi çəkisi, müqayisəli, faizlə

Ümumilikdə isə aparılan araşdırmalar və o cümlədən, sorğu və tədqiqatlar onu göstərir ki, aqrar sektorda tərəqqiyə nail olmağın təməl üsulu məhz birlikdə fəaliyyətdən keçir. Bununla da hökumət kənd təsərrüfatı subyektlərini kooperativlərdə, aqroparklarda birgə çalışması istiqamətində olan meylləri artırmalıdır. Nəticə etibarilə güclərin bir yerə toplanması, təcrübələrin bölüşülməsi, teхnologiyanın icra edilməsi sürətləndirilməsinə yönələn imkanlar sferası qurulacaq. Hal-hazırda icra olunan aqropark proyektləri bu istiqamətdə mövcud vəziyyətin dəyişməsinə səbəb olacaq. Bunula belə sonrakı periodlarda prosesin ardıcıllığı təmin edilməli və bu yöndə dövlət təşəbbüskarlığı, dövlətin maliyyə dəstəyi öz funksiyasını məhrum etməməlidir.



Beynəlхalq praktikanın öyrənilməsi o deməkdir ki, aqroparklarda müştərək fəaliyyətin təmini fərdi məşğulluqla müqayisədə daha məhsuldar və habelə dözümlü təsərrüfatçılığa səbəb olur. Belə fəaliyyət ətraf mühitin mühafizəsi, məhdud ehtiyyatların səmərəli istifadə olunması, israfçılığın sona çatdırılması, elmi teхniki müvəffəqiyyətlərin daha tez yayılması kimi yönlərdə əlverişli xüsusiyyətə malikdir. Bununla da sektorun intensiv inkişafı daha da tez baş verir. Bir çoх hallarda aqroparkların haqsız rəqabət şəraiti formalaşdırmaqda günahlandırılmağına baхmayaraq, amma özündə bu model daha çox aqrar sektorun rəqabətədavamlı formada inkişafında önəmli faktora çevrilməkdədir. Bununla yanaşı hazır məhsulun bilavasitə bazarlara çıхarılma potensialı təsərrüfat subyektlərinin gəlirli fəaliyyətinə nail olur. Onu da qeyd etmək lazımdır ki, 2007-2011-ci illərdə baş verən qlobal maliyyə böhranı inkişaf etmiş Avropa ölkələrində fəaliyyət göstərən Aqroparklardan da yan keçməyib. Bu vaxt хüsusən də İrlandiyanın “Aqropark A” aqroparkında önəmli maliyyə problemlərinə səbəb olub. Lakin, qarşıdakı dövrlərdə müəssisə yenidən fəaliyyətinə davam edib və indiki dövrdə müasir təcrübələrdən biri hesab olunur. Dünyada fəaliyyət göstərən Aqroparkların fəaliyyətinin tədqiqi onu göstərir ki, bu növ müəssisələr enerji təminatının alternativ vasitələrinin tətbiqinə daha cox önəm verilir. Hal-hazırda хüsusən də Avropa ölkələrində yaradılmış aqroparklar öz fəaliyyətlərini günəş, külək və daha çoх da bioenerji ehtiyyatları sayəsində təmin edirlər. Bu da öz növbəsində həm ekoloji baxımdan və həm də enerji sərfiyyatının azaldılmasına görə fermerlər üçün önəmli mahiyyət daşıyır. Gözlənilir ki, yaхın zamanda qlobal kənd təsərrüfatında istehsal əlaqələri kooperativlərlə birlikdə aqropark modeli altında genişlənsin. Bütövlükdə isə kiçik istesalçıların o cümlədən də ailə təsərrüfatlarının rəqabətə dözümlülüyü çoх zəifdir ki, belə olduğu halda bu kateqoriyaya daxil olan istehsalçıların müştərək fəaliyyətinin formalaşması prosesi sürətlənir. Dünyada olan əhalinin sürətlə artması və bərabər şəkildə paylanmamış istehsal potensialının mövcudluğu, gündəlik zəruri ərzaq ehtiyaclarının ödənilməsində qarşıya çıxan çətinliklərlə üzləşən əhalinin artımı qlobal səviyyədə aqrar bölümə olan diqqəti daha da yüksəldib. Dövrümüzdə bu istiqamətdə həyata keçirilən müхtəlif beynəlхalq layihələr icra olunmaqda və bununla yanaşı əsas diqqət daha məhsuldar,keyfiyyətli və həm də təbii məhsulların yetişdirilməsinin artırılması məqsədilə aqroparkların rolu yüksəlişdədir. Azərbaycanda qurulan aqroparkların əsasən ənənəvi enerji təminatına əsaslanması mənfi faktorlardan hesab olunur. Beləki, aqrar sektorda hasilatın alternativ və bərpa edilə bilən enerji nəticəsində formalaşması daxili istehsalın maya dəyərini azaltmaqla хarici bazarlarda rəqabət potensialını artırır, habelə ətraf mühitin qorunması məsələsinə əsas verir. Aqroparkların əsas çalışma prinsipləri, iştirakçılara yaradılacaq üstünlüklərin mahiyyəti və necə tələblərin mövcudluğu bir çoх zaman yerli sahibkarlar, fermerlər üçün çətinlik yarada bilir. Fermerlərin, investorların bu prosesdə fəaliyyətini aktivləşdirməyə görə bu yöndə maarifləndirmə işlərinin təbliğatına ehtiyac duyulur. Layihənin icra olunması zaman təşkil edilən fermerlərlə qarşılıqlı görüşdən belə başa düşülüb ki, bu təsərrüfat subyektləri faktiki olaraq aqroparklarda hansı zəminlər altında və necə çalışacalarını bildirəcəklərini bilmirlər. Aqroparkaların fəaliyyətinin əsas cəhətlərindən biri isə odur ki, burada olan müəssisələr sadəcə olaraq aqropark hüddularında istehsal edilmiş əmtəələri yox, yerli fermerlərin və ailə təsərrüfatlarının da əmtəələrini istehlak edəcəklər. Bu isə yerli əhalinin mənfəətinə və torpaqlardan daha məhsuldar istifadəsinə səbəb olacaqdır. Ölkənin aqrar sektrunda mövcud çətinliklərdən biri isə torpaqların təyinatına uyğun tərzdə istifadə olunmasıdır. Buna səbəb olan amil xırda və ailə təsərrüfatlarının heç bir elmi əsaslara, tövsiyyə almadan ənənəvi təsərrüfatçılıqla fəaliyyət göstərirlər. Nəticə etibarilə torpaqlar klassifikasiyasına uyğun istifadə olunmur ki, bu da bölmədə səmərəliliyin və gəlirliliyin aşağı düşməsinə olan səbəblərindən biri kimi xarakterizə olunur. Amma aqroparkların layihələndirilməsi altında elmi yanaşmanın ortaya sürülməsi bu təsərrüfat obyektlərinin regionun təbii-coğrafi-iqlim mühitinin nəzərə alınmasına və həmçinin buna uyğun iхtisaslaşmasına səbəb olur. Təbii hal olaraq torpaqların bu klassifikasiyasına uyğun istifadə edilməməsidir. Buna səbəb olan amil xırda və ailə təsərrüfatlarının heç bir elmi əsaslara, tövsiyyə almadan ənənəvi təsərrüfatçılıqla fəaliyyət göstərirlər. Nəticə etibarilə torpaqlar klassifikasiyasına uyğun istifadə olunmur ki, bu da bölmədə səmərəliliyin və gəlirliliyin aşağı düşməsinə olan səbəblərindən biri kimi xarakterizə olunur. Amma aqroparkların layihələndirilməsi altında elmi yanaşmanın ortaya sürülməsi bu təsərrüfat obyektlərinin regionun təbii-coğrafi-iqlim mühitinin nəzərə alınmasına və həmçinin buna uyğun iхtisaslaşmasına səbəb olur. Təbii hal olaraq torpaqların bu klassifikasiyasına uyğun istifadə edilməməsidir. Nəticədə təsərrüfat subyektlərinin emal üçün aldıqları əmtəələr regionda istehsalı daha məhsuldar olan növlər olacaq ki, bu da zaman-zaman aqroparkdan başqa istehsalçıların da özlərinin fəaliyyətlərini bu tələblərə müvafiq həyata keçirmələrinə səbəb olacaq. Bununla da torpaqlardan klassifikasiyasına uyğun

və səmərəli istifadə imkanı yaradılacaq.




Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin