Tədqiqatın informasiya bazası. Araşdırmalar zamanı nəzəri biliklər olaraq müxtəlif dünya və Azərbaycan alimlərinin elmi araşdırmaları və kitabları, statistik tədqiqatlar üçün Dövlət Statistika Komitəsinin 2013-2017-ci illər üzrə olan hesabatları və eləcə də 2018, 2019-cu illər ərzində baş verın dəyişikliklər, Nazirlər Kabinetinin, Vergilər Nazirliyinin, eləcə də sahibkarlığa aid Azərbaycan Respublikasının bir sıra qanunvericilik akrları və normativləri, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin istifadəsi üzrə statistik hesabatlardan istifadə edilmişdir.