Təhlükələr.
Sahibkarlığda vergidən yayınma hallarının mövcud olması, vergi fırıldaqçılığında mövcud meyllər;
Sadələşdirilmiş vergi ödəyiciləri arasında vergidən yayınma üzrə ayrı-ayrı sxemlərin tətbiq olunması;
Kölgə iqtisadiyyatının mövcudluğu və onun təsiri;
Ölkə iqtisadiyyatının ixrac potensialında neft sektorunun payının çox olması.
PEST təhlilində ölkədə kiçik və orta sahibkarlığın vəziyyəti və vergi siyasətinin özəllikləri nəzərə alınaraq onun həyata keçirilməsinə təsir edən müxtəlif amillər müəyyən edilir.
Siyasi amillər. Bu amillər strateji nöqteyi-nəzərdən vergi siyasətinin həyata keçirilməsinə təsir göstərə bilər. Ölkəmizin bir çox beynəlxalq təşkilatlara üzv olması və gələcəkdə bu inteqrasiya proseslərinin daha da gücləndirilməsi vergi qanunvericiliyində və vergi siyasətinin başqa istiqamətlərində beynəlxalq təcrübədə istifadə edilən üsulların tətbiqi məsələsinə baxılması zərurətini yaradır. Bu siyasi amillər aşağıdakılardan ibarət ola bilər:
a) Beynəlxalq təcrübədən məlum olur ki, sahibkarlığın inkişafı müxtəlif tipli amillərdən asılı olur. Bu amillərin tərkibinə aşağıdakılar aiddir:
- ölkənin sosial-iqtisadi tərəqqi səviyyəsi və onu xarakterizə edən göstəricilərin dinamikası;
- əhalinin məşğulluğu və onun strukturu;
- əhalinin təhsil səviyyəsi və onun məşğulluğun strukturuna uyğunluğu;
- sahibkarlığın inkişafına dövlət dəstəyi;
- güzəştli şərtlərlə kreditlərin təqdim edilməsi;
- stimullaşdırıcı vergi siyasətinin həyata keçirilməsi və s.
Qeyri – hökumət təşkilatları, media və digər beynəlxalq təşkilatların fəaliyyəti və onların maraqları;
b) Dövlət siyasəti, başqa ölkələrin maraqları, dünyada gedən proseslərin vergi siyasətinə təsiri. Qarşıya qoyulan hədəflərə yiyələnmək üçün bu amillər nəzərə alınmalıdır. O cümlədən, daxili kadr potensialı, maliyyə və texnoloji amillər qiymətləndirilməlidir. Məqsədlər mövcud iqtisadi və sosial vəziyyətlə uyğunlaşmalı və nəzərdə tutulan tədbirlər gələcəkdə həyata keçirilə bilən real tədbirlər olmalıdır. Sahibkarlığın vergiyə cəlb olunması sahəsində mövcud beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində inzibatçılığın və qanunvericiliyin təkmilləşdirilməsi nöqteyi-nəzərindən bir sıra beynəlxalq və regional təşkilatlarla ikitərəfli əlaqələr daha da genişlənməlidir. Beynəlxalq əməkdaşlıq sahəsində əsas istiqamətlər aşağıdakılardır:
Sahibkarlığın inkişafında vergi siyasəti baxımından səmərəli olan beynəlxalq təcrübənin tətbiqi;
Vergi Qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması;
Elektron sistemlərin səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq;
İkiqat vergiqoyma ilə bağlı müqavilələr;
Vergi dərəcələrinin optimal səviyyədə saxlanılması;
Vergi inzibatçılığının sadələşdirilməsi;
Hər vergitutma bazası üçün bir verginin tətbiqi;
Şəffaflıq və məlumat mübadiləsi sahəsində beynəlxalq aləmdə baş verən tendensiyalara qoşulmaq;
Beynəlxalq çoxtərəfli və ikitərəfli əməkdaşlığın genişləndirilməsi;
İqtisadi amillər. Ölkədəki mövcud fiskal vəziyyət, makroiqtisadi göstəricilərdəki dinamika və həmçinin dünya iqtisadiyyatındakı proseslər, maliyyə böhranı vergi siyasətinə təsir göstərir. Əksər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatındakı inkişaf vergi siyasətinin təkmilləşdirilməsinə və onun səmərəliliyinin artırılmasına müsbət təsir göstərir.
Sosial amillər. Sosial amillər vergi siyasətinə dolayı yolla təsir edir. Vergi ödəyiciləri vergi ödəməklə gələcəkdə öz sosial vəziyyətinin yaxşılaşdırılmasına təsir göstərməsində əmin olmalıdır. Bu əks əlaqə, vergidən yayınma hallarının azaldılmasına kömək göstərir və həmçinin şəffaflığın həyata keçirilməsində və korrupsiyaya qarşı mübarizədə xüsusi rol oynayır. Bu sahədə Azərbaycanda xeyli irəliləyişlər qeydə alınmışdır. Texnoloji amillər və xüsusi ilə informasiya və telekommunikasiya texnologiyaları vergi siyasətinin inkişafında xüsusi rol oynayır. Azərbaycanda vergi siyasəti sahəsində, informasiya texnologiyalarının tətbiqi sahəsində xeyli uğurlar qazanılmış və ən qabaqcıl təcrübəyə yiyələnmişdir.
Dostları ilə paylaş: |