Bu dəyişikliklər sırasında mikro və kiçik sahibkarlıq subyektləri üzrə sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur və onlar əsasən aşağıdakılardan ibarətdir:
2019-cu ildən etibarən kiçik sahibkarlıq subyektlərinin sərəncamında olan əsas vəsaitlərə sürətli amortizasiya normaları tətbiq olunacaq;
Kiçik sahibkarlıq subyektləri şəffaf uçot apardıqları halda, onlara əlavə vergi güzəşti veriləcək;
Kiçik və orta biznes klasterinə aid olan şirkətlər KOB reyestrində qeydiyyata düşdükləri andan etibarən 7 ilə qədər mənfəət, torpaq və əmlak vergilərindən azad ediləcəklər;
KOB klasterinə aid olan müəssisələr tərəfindən istehsal və emal üçün texnikı və texnoloji avadanlıq və qurğuların ölkəyə idxal edilməsi 7 illik ƏDV-dən azad ediləcək;
KOB klasterinin iştirakçısı olan sahibkarlıq subyektlərinin gəlirlərinin kapital əsaslı xərclərin çəkilməsinə istiqamətləndirilən hissəsi 7 il müddətinə mənfəət vergisindən azad ediləcək;
Mikro sahibkarlıq subyektləri üçün düşünülən güzəştlərə sahibkarlıq fəaliyyətindən qazanılan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. (“Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda”, 2019, s 2-3.)
Bunlardan əlavə olaraq, Mikro sahibkarlar sinfinə daxil olan fərdi sahibkarlar, həmçinin hüquqi şəxslər əmlak vergisi verməkdən azad edilirlər. ““Startap” şəhadətnaməsi əldə etmiş mikro və kiçik sahibkarliq fəaliyyətinin subyektlərı müvafiq şəhadətnaməni aldıqları tarixdən başlayaraq üç ilə qədər gəlir və mənfəət vergisindən azad ediləcəklər.” (“Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda”, 2019, s 2-3.)
Kiçik və orta sahibkarlıqla yanaşı iri və mikro sahibkarlığın bölgüsü ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti 2018-ci ilin sonunda 556 nömrəli rəsmi qərar qəbul etmişdir.Bu qərar əsasən sözügedən biznes subyektlərinin bölgüsü üzrə meyarlar aşağıdakı cədvəldə verilmişdir.
Qeyd edilən qərara əsasən, yuxarıdakı ölçülərə görə ayrılan hər bir sahibkarlıq müəssisəsində işçilərin orta siyahı sayı və illik əldə olunan gəlir müqayisə edilir. Müqayisə nəticəsində bu meyarlardan hansı yüksək olarsa, həmin göstərici əsas götürülür. Biznes subyektinin hansı bölgü sinfinə aid olması məhz bu yolla müəyyənləşdirilməlidir.
Cədvəl 4. Sahibkarlığın mikro, kiçik, orta və iri formalarının bölgüsü meyarları
Dostları ilə paylaş: |