Qrafik2. Iqtisadiyyatda və qeyri neft sektorunda olan artım dinamikası (2015-2017)
Mənbə: Azərbaycan Mərkəzi Bankı, www.cbar.az Yuxarıdaki qrafikə nəzər yetirsək görərik ki, 2015-ci illə müqayisədə 2016-ci ildə baş vermis böhrana görə azalma müşahidə olunmuşdur. 2016-cı ildə ÜDM- enməsinə qarşı 2017-ci ildə 0,1 faiz artım oldu. Manat 2017-ci ilin fevralından sabitləşməyə başladı və bir qədər də bahalaşdı. Ödəniş balansında saldo mənfidən müsbətə doğru dəyişdi. Beləliklə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında staqnasiya elementləri ilə yanaşı, böhrandan çıxma əlamətləri də özünü göstərmiş oldu. Bu özünü daha çox qeyri-neft sektorunda göstərdi.Neftin qiymətində ucuzlaşma müşahidə edilməsinə baxmayaraq, qiymət dəyişikliyi ölkəmizə təsir göstərməmişdir.Bunun əsas səbəbi isə respublikada qeyri – neft sektorundakı yüksəliş, həmçinin də region daxilində yeni istehsal sahələrinin formalaşdırılması ilə əlaqədardır. Dövlətin bu mərhələdə əsas hədəfi qeyri – neft sferasının inkişaf etdirməsi, sahibkarlığın iqtisadiyyatdakı rolunun artırılması, sahibkarlıq fəaliyyətinin inkişafına təkan verilməsidir.