Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Qrafik 6.ÜDM-də özəl sektorun payı



Yüklə 0,73 Mb.
səhifə25/36
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#111686
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
Qrafik 6.ÜDM-də özəl sektorun payı



Mənbə:Azərbaycan Respublikası Statistika Komitəsi , www.stat.org.az

Kiçik sahibkarlğın inkişafı sahəsində görülən işlər,ayrılan vəsaitlər ölkənin gələcəyinə edilən yatırımdır.Çünki kiçik sahibkarlıq fəaliyyəti hər zaman öz çevikliyi,yüksək rəqabətqabiliyyətliyi və istehlakçı tələbatına uyğunlaşması ilə səciyyələnir.

Beləliklə bu paraqrafda son illər ərzində kiçik sahibkarlığın inkişafı,ÜDM-in həcminə təsiri və s müxtəlif cədvəl və qrafiklərdən istifadə olunmaqla şərh edilmişdir.

2.3. Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin vergiyə cəlb olunmasının xüsusiyyətləri
Vergi məsələlərinin tənzimlənməsində Vergi Məcəlləsi əsas qanunverici aktdır. O, vergi ödəyicilərinin hüquq və vəzifələrini ,vergi orqanlarının səlahiyyət və vəzifələrini, vergi qanunvericiliyinin pozulmasına görə cərimələri, vergi orqanlarının hərəkət və ya hərəkətsizliyindən şikayət edilməsi qaydalarını və Azərbaycanda yığılan bütün vergi növləri üçün qaydaları müəyyən edir.

Vergilər kiçik sahibkarlıq fəaliyyətinin maliyyə nəticələrinə təsir göstərən xarici amillər arasında xüsusi yer tutur.Dövlət vergi siyasətini həyata keçirəkən vergilərə məxsus funksiyalara söykənir və fəal vergi siyasətinin həyata keçirilməsi üçün bu funksiyalardan istifadə edir.

Hal-hazırda Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri əsasən sadələşdirilmiş vergi növünə üstünlük verirlər. İnzibatçılıq baxımından sadələşdirilmiş vergi digər vergi növlərinə nisbətən daha sadədir. Lakin kiçik sahibkarlıq subyektləri öz istəklərinə uyğun olaraq digər vergi növlərindən də istifadə edə bilərlər. Sadələşdirilmiş vergi sisteminə daha geniş şəkildə nəzər yetirək

Aşağıdakı qrafikə nəzər yetirsək görərik ki,kiçik sahibkarlıq müəssisələrinin təxminən 80 faizindən çoxu sadələşmiş vergidən istifadə edir.Bele yüksək faiz göstərici isə,sadələşmiş vergitutma sisteminin səmərəliliyindən xəbər verir.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin