Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi vergi sisteminin
idarə edilməsi, vergitutmanın effektiv sisteminin formalaşması üçün tətbiq edilən güzəştlərin elmi-nəzəri əsasları müəyyənləşdirmək, müasir şəraitdə vergi sisteminin idarə edilməsinin əsas xüsusiyyətləri və təkmilləşdirməyə yönələn elmi-praktik nəticələri aşkara çıxarmaqdır. Bu məqsədin reallaşması üçün tədqiqat işində aşağıdakı vəzifələrin həlli planlaşdırılmışdır:
-Müasir dövrdə iqtisadiyyatın sahibkarlıq sektorunun fəaliyyətinin stimullaşdırılmasının nəzəri aspektlərinin elmi-metodik ədəbiyyatda qoyuluşunun tətqiqi;
-Sahibkarlığın stimullaşdırılmasında vergi mexanizmindən istifadənin prioritet istiqamətlərinin müəyyən edilməsi;
-Dövlətin müasir vergi siyasətinin elmi əsasları və onun qiymətləndirilməsi
-Sahibkarlıq fəaliyyətində vergi sisteminin təkmilləşdirilməsinin əsas istiqamətlərinin tətqiqi;
-İnkişaf etmiş ölkələrin vergi quruculuğu təcrübəsindən respublikamızda istifadənin imkanlarınin müəyyənləşdirilməsi;
Dostları ilə paylaş: |