Mənbə:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi , www.economy.gov.az Qrafikə nəzər yetirsək görərik ki, Kənd təsərrüfatı, Ticarət, tikinti və s Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatında artım xüsusi ilə nəzərə çarpır.Belə ki, ölkənin məşğul əhalisinin çox hissəsi məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Belə ki ölkədə regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir. Bütün bunlar isə qeyri-neft sektorunda ÜDM-inin artımına gətirib çıxarır. ÜDM –in illər üzrə artımına nəzər yetirsək görərik ki, 2015-ci ildə 54380.00mln manat olmasına baxmayaraq,2016-ci ildə 60425.20mln manat,2017-ci ildə isə 70135 mln manata bərabər olmuşdur. Həmçinin ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər geniş həcmli tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 80,0 faizə çatmışdır