Tədqiqatın obyekti və predmeti. Araşdırılan tədqiqat işinin obyekti Azərbaycanda sahibkarlıq fəaliyyətiylə məşğul olan kiçik və orta biznes müəssisələrinin aktivliyi, onların davamlı inkişafı və fəaliyyətlərinin genişləndirilməsində vacib olan maliyyə təminatı məsələləri, predmeti isə belə subyektlərin vergiyə cəlb olunması zamanı yaranan problemlər, onların həlli, ümumiyyətlə, maliyyə təminatı ilə bağlı mövcud olan metodların və istiqamətlərin təkmilləşdirilməsidir.
Tətqiqat metodları. Tədqiqat işinin aparılmasında həm kəmiyyət həm də keyfiyyət metodlarından istifadə edilmişdir. Bu metodlara müqayisəli təhlil, statistik metod, qrafiki təhlil, elmi-abstraksiya, məntiqi ümumiləşdirmə və digərləri aiddir.
Dostları ilə paylaş: |