Dəyəri xarici valyuta ilə ifadə olunan kapitalın və öhdəliklərin təsnifatı
Cədvəl 1.2.1 və 1.2.2-də göstərilən bütün maddələr üzrə xarici valyuta və əməliyyatlar baş verə bilər və eləcə də hesabat tarixinin sonuna onların qalıqları ola bilər. Bundan başqa, aktivlərin yenidənqiymətləndirmə modeli ilə uçot variantı tətbiq olunduğu şəraitdə aktivlərin yenidənqiymətləndirmə dəyəri (xarici valyuta ilə ifadə olunan dəyəri nəzərdə tutulur) yenidən hesablanmalı və onun nəticələri uçot və hesabatda əks etdirilməlidir.
«Valyuta tənzimi haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən valyuta əməliyyatlarına nələrin daxil edilə biləcəyini biz əvvəlki paraqrafda açıqlamışdıq.
«Valyuta tənzimi haqqında» Qanunda öz əksini tapmasa da, rezidentlər və qeyri-rezidentlər arasında AR valyutası ilə aparılan əməliyyatlar öz mahiyyəti etibarı ilə valyuta əməliyyatlarına aid edilməlidir.
«Valyuta tənzimi haqqında» Qanun cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarını aşağıdakı kimi təsnifləşdirir:
Dostları ilə paylaş: |