Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə2/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   2   3   4   5   6   7   8   9   ...   59
GİRİŞ

Mövzunun aktuallığı. Ölkə iqtisadiyyatının dinamik inkişafı, müvafiq normativ-hüquqi bazanın formalaşdırılması iqtisadiyyata xarici investisiya axınının güclənməsinə, həmçinin kapitalın xaricə axınına əlverişli şərait yaratmış oldu. Ölkənin müəssisə və şirkətlərinin xarici iqtisadi fəaliyyəti həyata keçirməsi üçün işlənib hazırlanmış çoxsaylı qanunlar, qaydalar beynəlxalq praktikada tətbiq olunan sənədlərə və qaydalara uyğunlaşdırıldı.

Son dövrlərdə qeyri-neft ixracının artırılması sahəsində fəaliyyəti əhatə edən bir sıra iqtisadi, təşkilati tədbirlər qəbul edildi və həmin tədbirlərin bəziləri artıq real praktikada tətbiqini tapmışdır. Təbiidir ki, xarici iqtisadi fəaliyyətin, o cümlədən ixrac və idxal əməliyyatlarının həyata keçirilməsi zamanı xarici valyutadan istifadə olunması zəruriliyi meydana çıxır. Xarici valyuta ilə aparılan əməliyyətların, eləcə də dəyəri xarici valyuta ilə ifadə olunmuş aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin funksional valyutada əks etdirilməsi, yaxud yenidən hesablanması müəyyən məzənnə fərqlərinin yaranmasına gətirib çıxarır, bu da istər-istəməz xarici iqtisadi fəaliyyəti həyata keçirən hər bir şirkətin maliyyə vəziyyətinə və maliyyə nəticələrinə ciddi təsir edir. Odur ki, bu sahədə uçot və hesabat sistemi elə qurulmalıdır ki, baş vermiş bütün əməliyyatlar, aktivlərin və öhdəliklərin qalıqları barədə dürüst və faydalı informasiya əldə etmək mümkün olsun. Uçot və hesabat sistemi dəyəri xarici valyuta ilə ifadə olunan əməliyyatları, aktivləri və öhdəlikləri həm məzmun-mahiyyət baxımından, həm də infor­masiya formalaşdırmaq baxımından təsnifləşdirməyə və qiymətləndirməyə imkan verməlidir. Sadalanan və digər məsələlərin mövcud uçot-hesabat sistemində nəzəri, metodoloji və praktiki nöqteyi-nəzərdən necə reallaş­dırıldığını tədqiq etmək və təhlilini aparmaq, bu sahədə olan çatışmazlıqları aşkara çıxarmaq, onların aradan qaldırılmasına dair təklif və tövsiyələr hazırlamaq zəruriliyi yaradır. Bütün bunlar seçilmiş magistr dissertasiyasının mövzusunun aktuallığını, onun məqsədini və vəzifələrini də müəyyən edir.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin