Misal 1.3.2. avadanlığın ilkin (ümumi) balans dəyəri 100 000 dollar, yığılmış amortizasiya məbləği – 20 000 dollar, yenidənqiymətləndirmə indeksi 1,20 təşkil edir. Avadanlığın ümumi balans dəyərinin məbləği 1000001,20=120000 dollar, yığılmış amortizasiyanın ideksasiya olunmuş məbləği – 20 000 1,20 = 24 000 dollar. Yenidənqiymətləndirmə nəticəsində avadanlığın ədalətli dəyəri – 96 000 dollar (120 000 – 24 000) təşkil edəcəkdir. Yenidənqiymətləndirmə nəticəsində avadanlığın dəyərinin artımı 16 000 dollar olacaqdır.
Hesablamanı digər üsulla apardıqda da eyni nəticə alınacaqdır:
100 000 – 20 000=80 000 dollar, daha sonra 80 0001,20=96 000 dollar.
MHBS 16 və MMUS 7-yə əsasən, xarici valyuta ilə əks etdirilmiş torpaq, tikili və avadanlıqların yenidənqiymətləndirmə nəticəsində dəyərinin artımı kapitalda «yenidənqiymətləndirmədən artım» adı altında əks etdirmək lazımdır. Deyək ki, maliyyə hesabatında, daha doğrusu, balansda ölkənin kommersiya təşkilatları həmin artımı ayrıca hesabda – «Yenidənqiymətləndirmə üzrə ehtiyat» hesabında uçota alırlar. Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalmışsa, onda həmin azalma məbləği qiymətləndirmədən olan zərəri göstərir.
Dostları ilə paylaş: |