Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə28/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   24   25   26   27   28   29   30   31   ...   59
Misal 1.3.8. Əvvəlki misalın məlumatları əsasında azlığın payını aşağıdakı kimi müəyyən etmək olar.

  1. «AAC» şirkətinin «CAA» şirkətinin identifikasiya olunan xalis aktivlərindəki payı – 80%;

  2. Törəmə şirkətin birləşmiş şirkətin kapitalında payı – 20% (100 – 80);

  3. Azlığın («CAA» şirkətinin) birləşmiş şirkətin identifikasiya olunan xalis aktivlərinin ədalətli dəyərində payı – 580 min dollar (290020%:100).

Beləliklə, müəssisələrin birləşməsi nəticəsində yaranan şirkətin konsolidə olunan balansının kapital bölməsində azlığın payı 580 min dollara bərabər olacaqdır.

Dəyəri xarici valyuta ilə ifadə olunmuş investisiyalı mülkiyyət ilk dəfə əldə olunma variantlarından asılı olaraq ilkin dəyərlə (maya dəyərilə) qiymətləndirilir:



  1. satın alınan investisiyalı mülkiyyətin ilkin dəyəri: satınalma qiyməti; əldə olunma ilə əlaqədar idxal rüsumları; əvəzləşdirilməyən vergilər; göstərilən hüquqi xidmətlərin dəyəri və s.;

  2. müəssisənin özü tərəfindən müstəqil surətdə tikilən əmlakın ilkin də­yə­ri: obyektin tikilib hazır vəziyyətə gətirilməsi ilə əlaqədar bütün xərclər;

  3. icarə nəticəsində əldə olunan daşınmaz əmlakın ilkin dəyəri: iki kəmiyyətdən – obyektin ədalətli dəyəri və minimal icarə tədiyyələrinin (ödənişlərinin) diskontlaşdırılmış dəyərindən – ən aşağı olan kəmiyyət.

İnvestisiyalı mülkiyyətin ilkin tanınmadan sonra qiymətləndirilməsi qay­daları da torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər üzrə olduğu kimidir:

(a) yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərər çıxılmaqla ilkin (tarixi) dəyərlə; yaxud

(b) yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərər çıxılmaqla ədalətli dəyərlə.

Bununla belə MHBS 40 və MMUS 27 investisiyalı (daşınmaz) əmlaka investisiyaların sonrakı qiymətləndirilməsinin ədalətli dəyər əsasında aparıl­masına üstünlük verirlər. Ədalətli dəyərin müəyyənləşdirilməsi mümkün olma­dığı hallarda investisyalı mülkiyyət obyekti ilkin (tarixi) dəyər modeli əsasında qiymətləndirilir və uçota alınır. Təbiidir ki, burada söhbət ilkin qalıq dəyəri, yaxud balans dəyərindən gedir. İnvestisiyalı mülkiyyətin ədalətli dəyərinin dəyişilməsi nəticəsində yaranan mənfəət, yaxud zərər hesabat dövrünün mənfəəti, yaxud zərərlərində (Məcmu mənfəət haqqında hesabatda, ya da Mənfəət və zərərlər haqqında ayrıca hesabatda) əks etdirilir.

Şirkət, investisyalı mülkiyyətin ilk dəfə tanınmasından sonra yığılmış amortizasiya və qiymətdəndüşmədən zərər çıxılmaqla balans dəyəri əsasında uçotu modelini seçmiş olsa belə, həmən mülkiyyətin ədalətli dəyərinin dəyişilməsi barədə informasiyanı hesabata qeydlərdə açıqlamalıdır.

İnvestisiyalı mülkiyyətin ilkin tanınmadan sonra hansı modellə və necə qiymətləndirilməsi qaydasını qısa şəkildə aşağıdakı misalla aydınlaşdıraq.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin