Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə3/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   2   3   4   5   6   7   8   9   ...   59
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi – dəyəri xarici valyuta ilə ifadə olunan əməliyyatların, aktivlərin və öhdəliklərin uçotu və hesabatının mövcud nəzəri-metodoloji və praktiki aspektlərini təhlil etmək və onların təkmilləşdirilməsi istiqamətlərini əsaslandırmaqdan ibarətdir.

Qoyulmuş məqsədə uyğun olaraq dissertasiya işində aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:



  • dəyəri xarici valyuta ilə ifadə olunan əməliyyatların, aktivlərin və öhdəliklərin iqtisadi mahiyyətini açıqlamaq, onların uçot və hesabatda tanınması kriteriyalarını müəyyənləşdirmək;

  • məzənnə fərqlərinin yaranmasına gətirib çıxaran əməliyyatların, balans maddələrinin təsnifatını öyrənmək və təhlil etmək;

  • dəyəri xarici valyuta ilə əks etdirilən əməliyyatların və maliyyə hesabatının elementləri olan aktivlərin və öhdəliklərin uçotu və hesabatının əsasında qoyulmuş metodoloji prinsipləri araşdırmaq;

  • dəyəri xarici valyuta ilə ifadə olunan qeyri-pul aktivlərinin uçot modellərindən asılı olaraq yenidən hesablanması və bu zaman yaranan məzənnə fərqlərinin uçot və hesabatda əks etdirilməsinin metodoloji-praktiki qaylarını şərh etdirmək;

  • dəyəri xarici valyuta ilə ifadə olunan cari əməliyyatların və valyuta vəsaitlərinin funksional valyuta ilə yenidən hesablanması və onun nəticələrinin uçotu metodikasını təhlil etmək;

  • dəyəri xarici valyuta ilə ifadə olunan öhdəliklərin yaranması və ödənilməsi zamanı yaranan məzənnə fərqlərinin uçotunun aparılması sxemini göstərmək;

  • dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin və xərclərin müxtəlif məzənnələrlə yenidən hesablanması və maliyyə hesabatında əks etdirilməsi prosedurlarını göstərmək və təhlil etmək;

  • dəyəri xarici valyuta ilə ifadə olunan əməliyyatların, aktivlərin və öhdəliklərin mübadilə məzənnələrindən istifadə etməklə funksional valyuta ilə yenidən hesablanmısanan uçotu və hesabatının daha təkmilləşdiril­məsinə dair təkliflər hazırlamaq və onları əsaslandırmaq.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin