Misal 1.3.10. Məhsul vahidi istehsalı üçün tələb olunan əsas materilların dəyəri – 3 dollar, istehsal işçilərinin əmək haqqı xərcləri – 4 dollar. Müəssisənin anbarında olan hazır məhsul qalığı 600 ədəd. Müəssisənin anbarında olan hazır məhsulun normativ maya dəyəri – 4200 dollar ((3+4)600).
Pərakəndə qiymətlər metodu daha çox pərakəndə ticarətdə tətbiq olunur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, satış üçün alınmış malların satınalma qiymətlərinin üzərinə müəyyən ümumi marja faili əlavə olunur və mallar həmin qiymətlə balansda əks etdirilir. Ancaqasatış üçün alınmış mallar balansda satınalma qiymətləri ilə də əks etdirilə bilər, bu halda həmin qiymətlər anbarda olan malların ilkin tanınma qiymətlərini (maya dəyərini) əks etdirəcəkdir.
Qeyd olunduğu kimi, ehtiyatlar balansda iki kəmiyyədən ən aşağı olan kəmiyyətlə əks etdirilməlidir. Bu qayda dəyəri xarici valyuta ilə əks etdirilən ehtiyatlara da eyni dərəcədə aiddir. Odur ki, növbəti misal əsasında bunun necə əks etdirilməsini nəzərdən keçirək.
Dostları ilə paylaş: |