Misal 2.1.2. Rezident – müəssisə 20 noyabr 2014-cü ildə xarici şirkətdən proqram təminatı əldə etmişdir – 4000 dol. Əməliyyat tarixinə mübadilə məzənnəsi 1 dol. / 1,10 man. təşkil etmişdir. 20 noyabr 2014-cü ildə qeyri-maddi aktivin əldə olunması (tanınması) aşağıdakı yazılış ilə həyata keçiriləcəkdir:
Debet 101-3 Proqram təminatı – Dəyər – 4000 dol. / 4400 man.
Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 4000 dol. / 4400 man.
Əgər qeyri-maddi aktivin dəyərinin ödənilməsi 20 dekabr 2014-cü ildə baş vermişsə və məzənnə bu zaman 1 dol. / 1,15 manat olmuşsa:
a) proqram təminatının dəyərinin ödənilməsi – 4000 dol. / 4600 man.
Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 4000 dol. / 4600 man.
Kredit 223 Bank hesablaşma hesabları – 4000 dol. / 4600 man.
b) məzənnə fərqi (1,15 – 1,10)4000=200 man., yaxud 4600 – 4400=200 man.:
Debet 332 Məzənnə fərqləri üzrə ehtiyat – 200 man.
Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 200 man.
Məzənnənin dəyişilməsi nəticəsində yaranmış fərq (200 man.), əldə olunan qeyri-maddi aktivin, tanınma tarixinə olan ilkin (tarixi) dəyərini dəyişdirməmişdir. Həimn obyekt 2014-cü ilin sonuna maliyyə hesabatında 4000 dol. / 4400 man. məbləğində əks etdiriləcəkdir.
Yaranan məzənnə fərqi, yuxarıdakı yazılışdan göründüyü kimi, mənfəət və zərərlər haqqında hesabatda deyil, kapitalda əks etdirilir. Şirkətin xarici fəaliyyətə investisiyaları zamanı yaranan məzənnə fərqləri də həmin investisiyaların satışına (tanınmasının dayandırılmasına) qədər kapitalın tərkibində əks etdirilir.
Bəzi hallarda isə məzənnə fərqinin əldə olunan aktivlərin dəyərinə daxil oluna bilər. Bu halda baş verir ki, aktiv əldə olunarkən həmin aktivin əks etdiriləcəyi valyuta ciddi devalivasiyaya uğrayır, yaxud onun dəyəri aşağı düşür və bu zaman öhdəliyin effektiv hedeinqləşdirmə (sığortalanması) üsülu yoxdur. Bu zaman aktivin korrektə olunmuş balans dəyəri aşağıdakı iki kəmiyyətdən ən az olanını aşmamalıdır:
- xalis dəyərini; yaxud
- istifadənən olan faydanı.
Dostları ilə paylaş: |