Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı


Dissertasiya işinin elmi yeniliyi və praktiki əhəmiyyəti



Yüklə 0,7 Mb.
səhifə4/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   2   3   4   5   6   7   8   9   ...   59
Dissertasiya işinin elmi yeniliyi və praktiki əhəmiyyəti. Dissertasiya işinin elmi yeniliyi – dəyəri xarici valyuta ilə ifadə olunan əməliyyatların, aktivlərin və öhdəliklərin funksional valyuta ilə yenidən hesablanması və onun nəticə­lərinin uçot və hesabatda əks etdirilməsi metodları və qaydalarının kompleks şəkildə araşdırılması və aprobasiya olunmasından ibarətdir. Tədqiqat prose­sində aşağıdakı əhəmiyyətli elmi nəticələr əldə olunmuşdur:

  • dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin mahiyyəti açıqlanmış, onların ilkin olaraq tanınması kriteriyaları dəqiqləndirilmişdir;

  • məzənnə fərqlərinin müəyyən edilməsi və uçotunun aparılması üçün dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin təsnifatı aparılmışdır;

  • dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin aparılmış təsnifatı əsasında həmin aktivlərin və öhdəliklərin hərəkəti zamanı, eləcə də yenidən hesablanması zamanı yaranan nəticələrin uçotda əks etdirilməsi metodikası aprobasiya edilmişdir;

  • xarici valyuta ilə əməliyyatlar aparan, xaricdə fəaliyyət göstərən şirkətlərin maliyyə vəziyyətini və maliyyə nəticələrini obyektiv qiymətləndirmək və təhlil etmək üçün qeyri-pul maddələrinə aid olunan ehtiyatların yenidən hesablanması zamanı tarixi dəyər zamanı mövcud olmuş məzənnə ilə deyil, hesabat dövrünün sonuna olan məzənnə ilə əks etdirilməsi zəruriliyi əsaslandırılmışdır;

  • məzənnə fərqinin əsas əməliyyat fəaliyyəti və sair əməliyyat fəaliyyəti üzrə ayrıca subhesablarda uçota alınması zəruriliyi göstərilmiş və bunun üçün müvafiq subhesablar müəyyənləqdirilmişdir.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin