Misal 2.3.3. Şirkət icarə müqaviləsinə əsasən özünə məxsus olan avadanlığı 5 il müddətinə xarici icarədarlara icarəyə verir. İcarəyə verilən avadanlığın dəyəri 1 000 000 dollar, icarə haqqının ümumi məbləği isə 1 500 000 dollar təşkil edir. Bu hesabla illik icarə haqqı məbləği 300 000 dollar (1 500 000:5) olacaqdır. İcarənin başlandığı tarix 01.01.2011-ci ildir, icarə haqqı hər ilin əvvəlində hesablanır və ilin sonunda daxil olur. Faiz dərəcəsi illik – 13% təşkil edir. Verilmiş məlumatlar əsasında aşağıdakı kimi cədvəl tərtib etmək olar (cədvəl 2.3.1).