Dissertasiya işinin praktiki əhəmiyyəti xarici iqtisadi fəaliyyəti həyata keçirən müəssisə və şirkətlərdə xarici valyuta ilə aparılan əməliyyatların, dəyəri xarici valyuta ilə ifadə olunmuş aktivlərin və öhdəliklərin funksional valyuta ilə uçotu və hesabatının təşkili, aparılması qaydalarına dair konkret situasiyaların izah edilməsindən, bir sıra təkliflərin hazırlanmasından ibarətdir. İşin praktiki əhəmiyyəti həm də ondan ibarətdir ki, dissertasiyada tədqiq edilmiş və həlli göstərilmiş məsələlər xarici iqtisadi fəaliyyətin uçotunun və hesabatının təkmilləşdirilməsində istifadə oluna bilər.