Tədqiqatın obyekti və predmeti. Tədqiqat işinin obyekti dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatda əks etdirilməsinin metodoloji və praktiki problemləridir. Tədqiqatın predmetini xarici valyuta əməliyyatlarının, dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin funksional valyuta ilə uçotunun aparılması qaydaları və prosedurlarının tədqiq olunması, onların funksional valyuta ilə yenidən hesablanaraq maliyyə hesabatında əks etdirilməsi məsələləri təşkil edir.