İşin nəticələrinin praktiki tətbiq edilməsi imkanları. Dissertasiya işinin müxtəlif paraqraflarında şərh edilmiş metodoloji və praktiki xarakterli misallar, həmçinin formulə edilmiş təkliflər ölkədə xarigci iqtisadi fəaliyyəti həyata keçirən şirkətlərin uçot və hesabatının təşkili və aparılması zamanı metodiki və praktiki vəsait kimi istifadə oluna bilər.
Dissertasiya işinin həcmi və quruluşu. Magistr dissertasiyası girişdən, iki fəsildən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. İşin həcmi 110 səhifədən, istifadə olunmuş ədəbiyyatın siyahısı isə 31 addan ibarətdir.