Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı


Xarici valyuta ilə əks etdirilən balans maddələrinin təsnifatı



Yüklə 0,7 Mb.
səhifə13/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   9   10   11   12   13   14   15   16   ...   59
1.2. Xarici valyuta ilə əks etdirilən balans maddələrinin təsnifatı
Dəyəri xarici valyuta ilə ifadə olunan balans maddələrinin, daha doğrusu, aktivlərin və öhdəliklərin, həmçinin cə kapitalın maddələrinin təsnifatında başlıca məqsəd həmin maddələr barəsində olan informasiyanın tərkibi və quruluşunun nizama salınmış sistemini yaratmaqdır. Məsələ bundadır ki, balans maddələrinin hamısı eyni mübadilə məzənnəsi ilə yenidən hesablanmır. Onların məzmunundan, tərkibindən, təyinatından, müddətlərindən asılı olaraq müxtəlif mübadilə məzənnələrinin tətbiqi nəzərdə tutulmuşdur. Bundan əlavə aktivlərin və öhdəliklərin qalıqlarının yenidən hesablanması zamanı tətbiq edilən mübadilə məzənnəsi cari valyuta əməliyyatları zamanı tətbiq olunan mübadilə məzənnələri arasında fərq vardır. Bu və ya digər valyuta məzən­nəsinin (son valyuta məzənnəsi, cari valyuta məzənnəsi) tətbiqi müəssisənin istər maliyyə nəticələrinə, istərsə də maliyyə vəziyyətinə birbaşa təsir edir. Məsələn, cari valyuta əməliyyatları zamanı tətbiq olunan cari valyuta məzənnələri Mənfəət və zərərlər haqqında (maliyyə nəticələri üzrə) hesabatda, balans maddələrinin milli valyutaya çevrilməsi zamanı tətbiq olunan son valyuta məzənnələri isə Balans hesabatında (Maliyyə vəziyyəti haqqında hesabatda) dəyişikliklərə səbəb olur.

Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin bütöv­lükdə təsnifatı, onların balansındakı bölgüsünə əsaslanır. Həmin bölgü isə məlum olduğu kimi, aktivlərin və öhdəliklərin müddətinə görə aparılır: uzun­müddətli aktivlər və öhdəliklər, qısamüddətli aktivlər və öhdəliklər. Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin təsnifatı aşağıdakı cədvəldə verilir (cədvəl 1.2.1).



Cədvəl 1.2.1


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin