Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə19/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
Misal 1.3.1. Avadanlığın balansda ilkin tanınma dəyəri 100 000 dollar, onun yığılmış amortizasiya məbləği – 90 000 dollar, qiymətdəndüşmədən olan zərər məbləği – 10 000 dollar təşkil etmişdir. Müəssisənin uçot siyasətinə əsa­sən həmin avadanlıq birinci model ilə uçota alınmalıdır. Avadanlığın balans dəyəri 70 000 dollar təşkil edəcəkdir (100 000 – 20 000 – 10 000).

Əgər ilkin tanınmadan sonra aktivin ikinci model üzrə uçotunun aparıl­ması nəzərdə tutulursa, onda həmin obyekt ədalətli dəyərlə qiymətləndirilməli və uçota alınmalıdır, ancaq bir şərtlə ki, obyektin ədalətli dəyərini dəqiq qiy­mətləndirmək mümkün olsun. Yenidənqiymətləndirmədən sonra obyekt yeni­dənqiymətləndirmə tarixinə yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərər çıxılmaqla ədalətli dəyərə bərabər olan dəyərlə uçota alınmalıdır. Görün­düyü kimi, hər iki uçot modelində aktivlərin ilkin dəyərindən təkcə yığılmış amortizasiya deyil, həmçinin qiymətdəndüşmədən olan zərərlər də çıxılmalıdır. Bu zaman qiymətdəndüşmədən olan zərər – obyektin əvəzetmə (ödəmə) dəyə­rinin onun balans dəyərindən artıq məbləği kimi müəyyən olu­nur. Əvəzetmə dəyəri isə aktivin iki kəmiyyətdən – xalis satış qiymətindən və istifadəsindən əldə olunacaq faydadan – ən yüksək olan kəmiyyətlə müəyyən edilir.

Torpaq sahələrinin və binaların ədalətli dəyəri, adətən, bazar indikatorları əsasında qiymətləndirmə yolu ilə müəyyən olunur. Qiymətləndirməni isə bir qayda olaraq peşəkar qiymətləndiricilər aparır. Maşın və avadanlıqların ədalətli dəyəri adətən onların qiymətləndirmə yolu ilə müəyyən edilən bazar dəyəridir.

Yenidənqiymətləndirmələrin aparılma tezliyi torpaq, tikili və avadanlıq­ların ədalətli dəyərinin dəyişilməsindən asılıdır. Əgər yenidənqiymətləndirilən aktivin ədalətli dəyəri onun balans dəyərindən əhəmiyyətli dərəcədə fərq­lənərsə, onda əlavə yenidənqiymətləndirmə aparmaq lazımdır. Bəzi aktivlərin ədalətli dəyəri əhəmiyyətli dərəcədə dəyişdiyi üçün onların hər il yenidən­qiymətləndirilməsi vacibdir. Ədalətli dəyəri cüzi dərəcədə dəyişən aktivlərin 3, yaxud 5 ildən bir yenidənqiymətləndirilməsi aparıla bilər.

Yenidən qiymətləndirmədən sonra istənilən obyektin yenidənqiymətlən­dirmə tarixinə yığılmış amortizasiyası aşağıdakı üsullardan biri ilə uçota alınır:

(a) aktivin ümumi balans dəyişilməsinə proporsional olaraq yenidən qiy­mətləndirilir, bunun da nəticəsində aktivin balans dəyəri onun yenidənqiymət­ləndirmə dəyərinə bərabər olur. Bu metod daha çox o zaman istifadə olunur ki, aktiv indeksasiya yolu ilə amortizasiya edilmiş bərpa dəyərinə qədər yenidən qiymətləndirilmiş olur.

(b) ümumi balans dəyərindən çıxılır, xalis kəmiyyət isə aktivin yenidən qiymətləndirmə kəmiyyətinə qədər yenidən qiymətləndirilir.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin