Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə21/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   17   18   19   20   21   22   23   24   ...   59
Misal 1.3.3. Avadanlığın balans dəyəri (yığılmış amortizasiya çıxılmaqla) – 76 000 dollar, avadanlığın mümkün xalis satışından əldə oluna biləcək məbləğ 55 000 dollar, istifadəsindən əldə olunacaq faydanın məbləği – 50 000 dollar. Onda avadanlığın balans dəyərinin aşağı düşməsindən zərər – 21 000 dollar (76 000 – 55 000) təşkil edəcəkdir. Qiymətdəndüşmədən olan məbləğin, yəni 21 000 dolların 16 000 dolları «Yenidənqiymətləndirmə üzrə ehtiyat»a silinəcək, bunun nəticəsində xalis zərər məbləği 5000 dollar (21 000 – 16 000) təşkil edəcəkdir. Xalis zərər məbləği (5000 dollar) bilavasitə kapitalda deyil, mənfəət və zərərlər haqqında hesabatda əks etdiriləcəkdir. Əgər növbəti yenidənqiymətləndirmə zamanı aktivin balans dəyəri, məsələn, 10 000 dollar məbləğində artmışsa, onda həmin artımın 5000 dolları əvvəlki yenidənqiymət­ləndirmə nəticəsində yaranmış zərərin örtülməsinə silinəcək, qalan 5000 dollar isə yenidən kapitalda «Yenidənqiymətləndirmə üzrə ehtiyat» hesabında əks etdiriləcəkdir.

Aktivin tanınması dayandırıldıqda yenidənqiymətləndirmədən olan artım, mənfəət və zərərlər haqqında hesabatda əksini tapmadan birbaşa bölüşdürülmüş mənfəətə silinə bilər.

Qeyri-maddi aktivlər də uzunmüddətli aktivlərə aid edilir. Onların ilkin dəyəri, hansı valyuta ilə formalaşmasından asılı olmayaraq, müəyyən edilmiş standart xərclər əsasında müəyyən olunur. Qeyri-maddi aktivlərin, o cümlədən dəyəri xarici valyuta ilə ifadə olunmuş qeyri-maddi aktivlərin tanınması, qiymətləndirilməsi və onlar barədə informasiyanın maliyyə hesabatında açıqlanması məsələləri MHBS 38 və MMUS 12 ilə reqlamentləşdirilir. Qeyri-maddi aktivlərin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, onlar:

- qeyri-pul aktivləridir;

- fiziki əsasa malik deyildir;

- identifikasiya olunandır.

Qeyri-maddi aktivlərin tanınma kriteriyaları aktivlərin ümumi tanınma kriteriyalarına tam uyğundur və biz onları bu fəslin birinci paraqrafında nəzərdən keçirmişik.

Qeyri-maddi aktivlərin tarixi (ilkin) dəyəri onların daxil olması üsullarından asılı olaraq müəyyən edilir. Əgər onlar satınalma qaydasında, dövlət subsidiyası hesabına, digər aktivlərə mübadilə formasında, kreditlə əldə olunursa, onda həmin aktivlərin ilkin dəyəri torpaq, tikili və avadanlıqların ilkin dəyərinin müəyyən edilməsi qaydalarına oxşar qaydalarla müəyyən edilir.

Pulla satınalınan qeyri-maddi aktivin ilkin dəyəri aşağıdakı xərclərdən yaranır:

a) satınalma qiyməti;

b) aktivin təyinatı üzrə istifadəsi üçün hazır vəziyyətə gətirilməsinə çəkilən xərclər:


  • aktivin işlək vəziyyətə gətirilməsi üçün bilavasitə işlər yerinə yetirən işçilərin mükafatlandırılmasına çəkilən xərclər;

  • obeyktin hazır vəziyyətə gətirilməsi ilə bilavasitə bağlı peşəkar xidmətlərin göstərilməsi ilə bağlı xərclər;

  • aktivin işlək vəziyyətdə olmasının yoxlanılmasına çəkilən xərclər.

Dövlət subsidiyalar hesabına qeyri-maddi aktivlər (məsələn, radio və televiziya verilişlərinə lisenziyalar, ixrac üzrə lizenziyalar, məhdud resurslara çıxış üzrə hüquqlar və s.) MHBS 20 və MMUS 17-yə əsasən şirkətin özü tərəfindən seçilmiş tərəfindən ya ədalətli dəyərlə, ya da aktivin hazır vəziyyətə gətirilməsi ilə əlaqədar birbaşa xərclər nəzərə alınmaqla nominal dəyərlə qiymətləndirilə bilər.

Subsidiyanın məbləği:



  • təxirə salınmış gəlir kimi (aktivin faydalı istifadə müddətində həmin gəlirin maliyyə nəticəsinə aid olunması yolu ilə) tanına bilər;

  • aktivin balans dəyərindən çıxılmaqla əks etdirilə bilər.

Digər aktivə mübadilə yolu ilə əldə olunan qeyri-maddi aktiv qarşı tərəfə təqdim olunan aktivin ədalətli dəyəri ilə qiymətləndirilir, mübadilə nəticəsində yarana biləcək mənfəət, yaxud zərər isə mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Əgər qeyri-maddi aktiv tədiyyənin (ödənişin) vaxtı uzadılmaqla əldə olu­nursa, onda onun dəyəri diskontlaşdırmanın bazar dərəcəsi (faizi) nəzərə alın­maqla cari pul ekvivalentlərinin dəyərinə bərabər olan dəyər məbləğində tanınır.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin