Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı


Yenidənqiymətləndirmənin nəticələri (dollarla)



Yüklə 0,7 Mb.
səhifə23/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   19   20   21   22   23   24   25   26   ...   59
Yenidənqiymətləndirmənin nəticələri (dollarla)




Balans hesabatı

Mənfəət və zərərlər haqqında hesabat

Kapitalda dəyişikliklər haqqında hesabat

01.01.2014-cü ilə balans dəyəri

100 000







2014-cü ildə amortizasiya (100 000:4 ilə)

(25 000)

25 000




Yenidənqiymətləndirməyə qədər (31.12.2014-ə qədər) balans dəyəri

75 000







31.12.2014 tarixinə yenidənqiymətləndirmə (90 000 – 75 000)

25 000




25 000

31.12.2014 tarixinə balans dəyəri

90 000







01.01.2015 tarixinə balans dəyəri

90 000







2015-ci ildə amortizasiya (90 000:3 ilə)

(30 000)

30 000




Yenidənqiymətləndirməyə qədər (31.12.2015-ə qədər) balans dəyəri

60 000







31.12.2015 tarixinə yenidənqiymətləndirmə (80 000 – 60 000)

20 000




20 000

31.12.2015 tarixinə balans dəyəri

80 000




45 000

Qeyri-maddi aktivlərə müsbət işgüzar reputasiya (qudvil) də daxildir. İşgüzar reputasiya, MHBS 3 və MMUS 18-də göstərildiyi kimi, müxtəlif şirkətlərin, yaxud bizneslərin maliyyə hesabatı tərtib edən bir şirkətdə birləşməsi zamanı yaranır. «Biznesin birləşdirilməsi» anlayışı özündə o sövdələşmələri əks etdirir ki, hansıların nəticəsində bir hüquqi şəxs digər hüquqi şəxsi satın alır və bu sövdələşmələr nəticəsində konsolidə olunan qrup (ana şirkətdən və törəmə şirkətdən ibarət qrup) yaranır.

Göstərilən standartlara əsasən, biznesin bütün birləşməsi satınalma (əldə olunma) metodu ilə uçota alınmalıdır. Sövdələşmələrdə iştirak edən şirkət­lərdən biri alıcı qismində çıxış edir və o, digər şirkətlər (bizneslər) üzərində nəzarəti ələ keçirir. Alıcı şirkət satın aldığı şirkət üzərində o zaman nəzarətə sahib olur ki, onun səhmlərinin 50%-dən çoxunu əldə etmiş olsun və həmin şirkətin maliyyə və əməliyyət siyasətini idarə etsin və bu fəaliyyətdən iqtisadi fayda əldə etsin. Ancaq alıcı şirkət satın aldığı şirkət üzərində digər şərtlər əsasında nəzarəti həyata keçirə bilər ki, bu barədə MHBS 3 və MMUS 18 geniş açıqlamalar verilir.

Ana şirkət tərəfindən xaricdə törəmə şirkəti əldə edilərkən ana şirkət əldə olunmanı özünün ayrıca maliyyə hesabatında tarixi (ilkin) dəyərlə əks etdirir. MHBS 3 və MMUS 18-in tələblərinə görə, satınalma metodu aşağıdakıları nəzərdə tutur:



  • biznesin birləşdirilməsinə çəkilən xərclərin qiymətləndirilməsini;

  • əldə olunan biznesin (törəmə şirkətin) identifikasiyalaşdırılan aktiv­lərinin, öhdəliklərinin və şərti öhdəliklərinin identifikasiyasını və ədalətli dəyərin müəyyən olunmasını;

  • qudvilin və azlığın payının müəyyənləşdirilməsini.

Biznesin birləşdirilməsinə çəkilən xərclərə aşağıdakılar daxil edilir:

  1. əldə olunan şirkətə (biznesə) ödənilən pul vəsaitləri;

  2. mübadilə tarixinə təqdim olunmuş qeyri-pul aktivlərinin, götürülmüş, yaxud icra edilmiş öhdəliklərin, alıcı şirkət tərəfindən buraxılmış pay alətlərinin ədalətli dəyəri;

  3. biznesin birləşdirilməsi ilə bilavasitə bağlı olan xərclər (hüquqi və məsləhət xidmətlərinin dəyərinin ödənilməsi ilə əlaqədar və digər xərclər).

Mübadilə tarixi – əldə olunan şirkət (biznes) üzrə hər bir ayrıca investi­siyanın maliyyə hesabatında tanındığı tarixdir. Məsələn, əgər biznesin birləşdi­rilməsi bir neçə ayrıca sövdələşmə nəticəsində əldə olunursa, onda mübadilə tarixləri də həmin sövdələşmələrin sayına bərabər olacaqdır. Buna uyğun olaraq alıcı şirkətin təqdim etdiyi qeyri-pul aktivlərinin və/və ya pay alətlərinin ədalətli dəyəri də eynilə həmin mübadilə tarixləri üzrə müəyyən olunacaqdır. Ancaq alıcı şirkətin maliyyə hesabatında əldə edilən biznesin (şirkətin) aktivlərinin, öhdəliklərinin və şərti öhdəliklərinin tanınması ayrı-ayrı vaxtlarda həyata keçirilən mübadilə tarixlərində deyil, alıcı şirkətin əldə olunan biznes üzərində nəzarəti öz əlinə aldığı vaxt (satınalma tarixində) baş verəcəkdir. Beləliklə, sövdələşmələrin sayı, mübadilə tarixlərinin sayı bir neçə olsa da, satınalma tarixi bir tarix olacaqdır. Bu halda biznesin birləşdirilməsinə, yaxud əldə olunmasına çəkilən xərclərin yekunu, ayrı-ayrı dövrlərdə (mübadilə tarixlərdə) baş vermiş xərclərin ümumi məbləğindən yaranacaqdır.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin