Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə24/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   20   21   22   23   24   25   26   27   ...   59
Misal 1.3.6. «ABD» şirkəti «ACC» şirkətinin səsvermə hüququna malik səhmlərini almışdır:

- 10 sentyabr 2014-cü ildə – 10% səhm – 200 000 dollara;

- 20 dekabr 2014-cü ildə – 15% səhm – 350 000 dollara;

- 25 iyul 2015-ci ildə – 20% səhm – 480 000 dollara;

- 20 avqust 2015-ci ildə – 12% səhm – 230 000 dollara + hər birinin bazar qiyməti 10 dollar olan 8000 adi səhim (80 000).

Mübadilə tarixləri: 10 sentyabr 2014 il, 20 dekabr 2014 il, 25 iyul 2015 il və 20 avqust 2015 il.

Biznesin birləşdirilməsinə (əldə olunmasına) çəkilən xərclərin yekun məbləği: 200 000+350 000+480 000+230 000+8000=1 340 000 dollar.

Biznesin əldə olunmasının tanınması tarixi – 20 avqust 2015 il.

Konsolidə olunan maliyyə hesabatında əldə olunan, yaxud birləşdirilən biznesin aktivləri və öhdəliklərinin əks etdirilməsi üçün onları identifi­kasiya­laşdırmaq, onların Prinsiplərdə və Konseptual əsaslarda təsbit edilmiş krite­riyalara uyğun olmasını yoxlamaq və ədalətli dəyərini müəyyən etmək lazım­dır. Aktivlərin və öhdəliklərin identifikasiya olunması onların əldə olunan biz­nesin ümumi məbləğindən ayrıla bilməsi deməkdir. Aktivlərin və öhdəliklərin tanınma kriteriyaları bu fəslin 1-ci paraqrafında araşdırıldığından, onun üzərində dayanmağı lazım bilmirik, yalnız onu qeyd etmək vacibdir ki, biznesin birləşdirilməsi zamanı aktivlərin və öhdəliklərin tanınmasının birinci kriteriyasına əməl olunması o qədər də məcburi deyildir. Yəni, həmin aktivlər və öhdəliklər əldə olunarkən onların tanınması üçün əsas kriteriya iqtisadi faydanın daxil olması (axıb getməsi) ehtimalı deyil, həmin aktivlərin və öhdəliklərin ədalətli dəyərinin dəqiq ölçülə, yaxud müəyyən edilə bilməsidir.

Biznesin birləşdirilməsi nəticəsində əldə olunan aktivlər, öhdəliklər və şərti öhdəliklər hesabatda ədalətli dəyərlə qiymətləndirilir və əks etdirilir.

Aktivlərin və öhdəliklərin ayrı-ayrı növlərinin ədalətli dəyəri aşağıdakı qaydada müəyyən olunur:

1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin