Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə26/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
kreditor borcları – ödənilməli olan diskontlaşdırılmış dəyər məbləğləri ilə (qısamüddətli kreditlər borcları diskontlaşdırılmır);

  • vergi aktivləri və öhdəlikləri – əldə olunmuş aktivlərin və öhdəliklərin ədalətli dəyəri əsasında birləşmiş şirkətin (ana şirkət) məlumatları üzrə qiymətləndirilmiş aktivlərin və öhdəliklərin diskontlaşdırılmamış məbləği ilə.

    Aktivlərinin və öhdəliklərinin dəyəri xarici valyuta ilə ifadə olunan şirkətin (biznesin) əldə olunması zamanı qudvil yaranır. MHBS 3 və MMUS 18 görə qudvil – aktivlərlə əlaqədar yaranan, identifikasiya oluna bilməyən, digər aktivlərdən, yaxud aktivlər qrupundan ayrıca tanına bilinməyən gələcək iqtisadi faydalardır. Qudvil (işgüzar reputasiya) müəssisələrin (bizneslərin) birləşməsi nəticəsində yaranır, alıcı (ana) şirkət tərəfindən əldəolunma tarixində tanınır və ilkin olaraq maya dəyəri ilə qiymətləndirilir. Həmin məbləğ müəssisələrin (bizneslərin) birləşməsi üzrə dəyərin (xərclərin), tanınmış identifikasiya olunan aktivlərin, öhdəliklərin xalis ədalətli dəyərində alıcı şirkətin payından artıq olan hissəsi kimi müəyyən olunur.

    Qudvil onun nəticəsində yaranır ki, alıcı şirkət digər şirkəti (biznesi) əldə edərkən həm identifikasiya oluna bilən aktivlərin, həm də həmin biznesdən ayrıla bilinməyən, yaxud bütövlükdə aktivlərdən ayrıla bilinməyən aktivlərin dəyərini ödəyir. Çünki şirkət həm identifikasiya olunan, həm də identifi­kasiyalaşdırıla bilinməyən aktivlərdən iqtisadi fayda götürməyi nəzərdə tutur. Qudvilin necə yaranması və ilkin olaraq hansı dəyərlə tanınması qaydasını şərti misalla nəzərdən keçirək.




    Yüklə 0,7 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   22   23   24   25   26   27   28   29   ...   59




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin