Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə29/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   25   26   27   28   29   30   31   32   ...   59
Misal 1.3.9. Şirkət 1 yanvar 2014-cü ildə investisiyalı mülkiyyət (əmlak) qiymətində bina almışdır: satınalma qiyməti 580 000 dollar, qeydiyyat qiyməti 15 000 dollar, sair xərclər – 5000 dollar. Binanın faydalı istifadə müddəti 20 il təşkil edir. 1 yanvar 2015-ci ildə binanın ədalətli dəyəri 650 000 dollar məbləğində qiymətləndirilmişdir.

  1. Daşınmaz əmlakın ilkin tanınma dəyəri = 600 000 dollar (580 000 +15 000+5000) – 01.01.2014 tarixinə;

  2. Daşınmaz əmlakın ilkin tanınma dəyəri – yığılmış amortizasiya = daşınmaz əmlakın ilkin qalıq (balans) dəyəri: 600 000 – 600 000:20 il= 570 000 dollar – 31.12.2014 tarixinə, yaxud 01.01.2015 tarixinə.

  • İnvestisiyalı mülkiyyətin balansda əks etdiriləcək dəyəri – 570 000 dollar – 01.01.2015 tarixinə;

  • İnvestisiyalı mülkiyyətə hesablanmış amortizasiyanın mənfəəti və zərərləri haqqında hesabatda əks etdiriləcək məbləğinə – 30 000 dollar – 2014-cü ilin hesabat dövründə;

  1. 01.01.2015 tarixinə investisiyalı mülkiyyətin ədalətli dəyəri 650 000 – 01.01.2015 tarixinə investisiyalı mülkiyyətin balans dəyəri – 570 000 dollar = 80 000 dollar. 01.01.2015 tarixində investisiyalı mülkiyyət balansda 650 000 dollar məbləğində əks etdiriləcəkdir, həmin məbləğ investisiyalı mülkiyyətin ədalətli dəyəridir. İnvestisiyalı mülkiyyətin dəyərinin artım məbləği, yəni 80 000 dollar kapitalda «yenidən­qiymətləndirmə üzrə ehtiyat maddəsində» əks etdiriləcəkdir.

Dəyəri xarici valyuta ilə ifadə olunmuş satış üçün nəzərdə tutulan uzunmüddətli aktivlərin ilkin tanınmadan sonra qiymətləndirilməsi nəzərdən keçirilən uzunmüddətli aktivlərin qiymətləndirilməsindən fərqlidir. Uzun­müd­dətli aktivlərin atış üçün nəzərdə tutulan uzunmüddətli aktivlər kimi tanın­ması və qiymətləndirilməsi məsələləri MHBS 5 və MMUS 23 ilə tənzimlənir.

Göstərilən beynəlxalq və Milli standartlar satılmaq üçün nəzərdə tutulan uzunmüddətli aktivlər altında o aktivləri (aktivlər qrupunu) nəzərdə tutur ki, həmin aktivlərin balans dəyəri onların gələcəkdə istifadəsi şəklində deyil, əsasən satışla bağlı əməliyyatın sayəsində ödəniləcəkdir. Bu cür satış üçün aktiv (aktivlər qrupu) dərhal hazır vəziyyətdə olmalı və onun (onların) satılması ehtimalı çox yüksək olmalıdır. Belə aktivlərin satış planının müddəti adətən 1 ilə qədər olur, ancaq bir sıra hadisələrin və halların baş verməsi ilə əlaqədar onların satış planı müddəti bir ildən artıq da ola bilər.

Satış üçün nəzərdə tutulan uzunmüddətli aktivləri iki kəmiyyətdən ən aşağı olan kəmiyyətlə qiymətləndirmək lazımdır:


  • balans dəyərilə; yaxud

  • satış üzrə xərclər çıxılmaqla ədalətli dəyərlə.

Aktivin satış üçün nəzərdə tutulan kimi tanınması anından ona amortizasiya hesablanması dayandırılır. Balans dəyəri satış xərcləri çıxılmaqla ədalətli dəyərdən yuxarı olduqda yaranan fərq zərər kimi tanınır və hesabatda qiymətdəndüşmədən olan zərər kimi əks etdirilir.

Dəyəri xarici valyuta ilə ifadə olunan qısamüddətli aktivlərin əhəmiyyətli hissəsini ehtiyatlar təşkil edir. Ehtiyatların uçotu və hesabatının metodoloji prinsiplər və metodikası MHBS 2 və MMUS 8 ilə tənzimlənir. Ehtiyatların tanınması kriteriyaları, Prinsiplərdə və Konseptual əsaslarda müəyyən olunmuş və aktivlər üçün nəzərdə tutulmuş ümumi kriteriyalarla eynidir. Standartlara görə o aktivlərdir ki, onlar:



  • adi fəaliyyət prosesində satılmaq nəzərdə tutulmuşdur (hazır məhsul, mallar);

  • satış üçün istehsal prosesindədirlər (bitməmiş istehsal);

  • istehsal prosesində, yaxud xidmətlərin göstərilməsində istifadə etmək üçün xammal və materiallar formasındadırdar.

Bütün ehtiyatlar, o cümlədən dəyəri xarici valyuta ilə ifadə olunan ehtiyatlar aşağıdakı iki kəmiyyətlən ən az olanı ilə qiymətləndirilməlidir:

- maya dəyərilə; yaxud

- mümkün xalis satış qiymətilə.

Ehtiyatların maya dəyəri üç qrup xərclərdən yaranır:

(a) əldə olunmaya çəkilən xərclər;

(b) emala çəkilən xərclər;

(c) sair xərclər.

Birinci qrup xərclərə daxildir: satınalma qiyməti (geri qaytarılan tədiy­yələr və ticarət güzəştləri çıxılmaqla); gömrük rüsumları; əvəzləşdirilməyən vergilər; nəqliyyat xərcləri; ehtiyatların əldə edilməsi ilə bilavasitə əlaqədar olan digər xərclər.

İkinci qrup xərclər: müstəqim əmək haqqı xərcləri; müstəqim xammal və material xərcləri; daimi istehsal qaimə xərcləri; dəyişən istehsal qaimə xərcləri.

Üçüncü qrup xərclər: ehtiyatların istifadə olunma yerinə və istifadə olunma vəziyyətinə gətirilməsi ilə əlaqədar xərclər.

MHBS 2 və MMUS 8-ə əsasən ehtiyatların ilkin qiymətləndirilməsi maya dəyərindən başqa normativ xərclər, pərakəndəqiymətlər metodları ilə də həya­ta keçirilə bilər. Normativ maya dəyəri ilə adətən bitməmiş istehsalın qalığı qiymətləndirilir, ancaq hazır məhsul ehtiyatları da normativ maya dəyəri, yaxud normativ xərclər üzrə qiymətləndirilə bilər.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin