Misal 1.3.11.
Məhsul növləri
|
Maya dəyəri
|
Satış qiyməti
|
Satış üzrə xərclər
|
A
B
C
|
400 dollar
800 dollar
1000 dollar
|
430 dollar
900 dollar
1200 dollar
|
50 dollar
80 dollar
215 dollar
|
Hesabat dövrünün sonunda məhsulların balansda əks etdirilməli olan dəyəri.
Məhsul növləri
|
Maya dəyəri
|
Xalis satış dəyəri
|
Maliyyə hesabatında əks etdiriləcək dəyər
|
A
B
C
|
400 dollar
800 dollar
1000 dollar
|
380 dollar
820 dollar
985 dollar
|
185 dollar
800 dollar
985 dollar
|
Maliyyə aktivlərinin təsnifatı, ilkin qiymətləndiməsi və tanınması, ilkin tanınmadan sonra yenidən qiymətləndirilməsi, həmçinin onlar barədə maliyyə hesabatında informasiyanın açıqlanması məsələlərini MHBS 7, MHBS 32, MHBS 39, MMUS 15, MMUS 36 ilə tənzimlənir.
Həmin standartlara görə maliyyə aktivlərinə müqavilə üzrə gələcəkdə pul vəsaitləri almaq hüququ verən aşağıdakı aktivlər daxildir:
ticarət əməliyyatları üzrə debitor borcları;
alınmalı olan veksellər;
verilmiş borclar üzrə alınacaq debitor borcları;
maliyyə icarəsi üzrə debitor borcları;
pay qiymətli kağızları;
borc qiymətli kağızları;
kassada, bank hesablarında olan valyuta (pul vəsaitləri).
İlkin tanınma zamanı maliyyə aktivləri ədalətli dəyərlə, yəni həmin aktivlərin əldə olunması üçın verilmiş ödənişlərin ədalətli dəyəri ilə qiymətləndirilir və hesabatda əks etdirilir.
Dostları ilə paylaş: |