FƏSİL II. DƏYƏRİ XARİCİ VALYUTA İLƏ İFADƏ OLUNAN AKTİVLƏRİN VƏ ÖHDƏLİKLƏRİN UÇOTU METODİKASI
2.1. Xarici valyuta ilə ifadə olunmuş uzunmüddətli aktivlərin milli valyuta ilə yenidən hesablanmasının uçotu qaydası
Əvvəlki fəsildə qeyd olunduğu kimi, uzunmüddətli aktivlərin müxtəlif növləri vardır: maddi aktivlər (torpaq, tikili və avadanlıqlar), qeyri-maddi aktivlər (patentlər, lisenziyalar, proqram məhsulları, mal nişanları, qudvil və s.), uzunmüddətli maliyyə aktivləri (müddəti 1 ildən yuxarı olan investisiyalı qiymətli kağızlar, debitor borcları, verilmiş borclar və s.), daşınmaz əmlaka investisiyalar (torpaq, bina və s.).
Torpaq, tikili və avadanlıqların dəyəri xarici valyuta ilə ifadə olunmuşsa, onda onların MHBS 16 və MMUS 7-yə əsasən tarixi dəyərlə, yaxud ədalətli dəyərlə qiymətləndirilməsindən asılı olmayaraq həmin aktivlərin xarici valyuta ilə dəyəri MHBS 21 və MMUS 22-nin müəyyən etmiş olduğu qaydalar əsasında funksional valyuta ilə yenidən hesablanmalıdır. Bu cür uzunmüddətli aktivlər əldə olunarkən onların ilkin dəyəri MHBS 16 və MMUS 7-yə əsasən hesablanır.
Dostları ilə paylaş: |