Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə35/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   31   32   33   34   35   36   37   38   ...   59
Misal 2.1.1. «ABC» Azərbaycan şirkəti xaricdə biznes aparmaq məqsədilə torpaq almışdır: satınalma qiyməti 100 000 dollar, digər xərclər – 5000 dollar. Əməliyyat 1 oktyabr 2014-cü il tarixində baş vermişdir. Həmin dövrdə məzənnə belə olmuşdur – 1 dollar / 1,05 manat. Onda həmin tarixə xaricdə alınan torpaq sahəsinin ilkin dəyəri: xarici valyuta ilə – 105 000 dollar (100 000 + 5000), funksional valyuta ilə – 110 250 manat olacaqdır (105 000  1,05). Fərz edək ki, həmin ilin oktyabr ayının 31-də «ABC» şirkəti üçün hesabat ilinin sonu hesab olunur. Həmin tarixdə məzənnə 1 dollar / 1,10 manat təşkil etmişdir. Mübadilə məzənnəsinin dəyişilməsinə baxmayaraq əldə olunan torpağın ilkin (tarixi) dəyəri hesabat dövrünün sonuna dəyişməz qalacaqdır – 110 250 manat. Əgər biz torpağın tarixi dəyərini yeni məzənnə ilə hesablamalı olsaydıq, onda məbləğ – 115 500 man. (105 0001,10) təşkil etmiş olardı. Ancaq, qeyd olunduğu kimi, əgər uzunmüddətli aktivlər, o cümlədən qeyri-pul maddəsi olan torpağın tarixi (ilkin) dəyərlə qiymətləndirilməsi davam edirsə, sonrakı illərdə də onun balans dəyəri qiymətdəndüşmədən olan zərər çıxılmaqla qalıq ilkin dəyərilə əks etdiriləcəkdir.

Xaricdə alınmış torpağın ilkin dəyərlə tanınması aşağıdakı yazılış ilə rəsmiyyətə salınacaqdır:

Debet 111-1 Torpaq – Dəyər – 100 000 dol. / 110 250 man.

Kredit 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 110 250 man.

Əgər alınmış torpaq sahəsinin dəyəri 1 oktyabr 2014-cü ildə ödənilməmiş olsaydı və həmin kreditor borcu yalnız 31 dekabr 2014-cü il tarixinə də ödənilməmiş qalsaydı, onda belə yazılış tərtib olunmalı idi:

Debet 111-1 Torpaq-Dəyər – 100 000 dol. / 110 250 man.

Kredit 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» - 100 000 dol. / 110 250 man.

Fərz edək ki, ödəniş 30 dekabr 2014-cü il tarixinə həyata keçirilmiş oldu və bu zaman məzənnə 1 dol. / 1,10 man. təşkil edirdi. Sual olunur: 31 dekabr 2014 tarixinə, yaxud 01.01.2015 tarixinə torpağın dəyəri hansı məzənnə nəzərə alınmaqla funksional valyutada əks etdirilməlidir. Cavab MHBS 21 və MMUS 22-yə əsasən verilir – torpaq sahəsi həmin tarixə əməliyyatın baş ver­miş olduğu tarixdə (1 oktyabr 2014-cü ildə) olan məzənnə (1 dol. / 1,05 man.) ilə hesabatda əks etdirilməlidir. Başqa sözlə, 1 oktyabr 2014-cü ildə əldə olun­muş torpaq sahəsinin 01.01.2015 ildə funksional valyuta ilə məbləği 1 dol. / 1,10 man. məzənnəsi ilə deyil, 1 dol. / 1,05 man. məzənnəsi ilə funksional val­yutada əks etdirilməlidir. Uzunmüddətli qeyri-pul aktivlərinin digər növlərinin uçotu və hesabatda əks etdirilməsi də oxşar qaydada həyata keçirilir.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin