Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı


Xarici valyuta ilə əks etdirilən ehtiyatların milli valyuta ilə yenidən hesablanması və onun nəticələrinin uçotu



Yüklə 0,7 Mb.
səhifə40/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   36   37   38   39   40   41   42   43   ...   59
2.2. Xarici valyuta ilə əks etdirilən ehtiyatların milli valyuta ilə yenidən hesablanması və onun nəticələrinin uçotu
MHBS 21 və MMUS 22 ehtiyatları qeyri-pul maddələrinə aid edir. Ancaq ehtiyatların alınması və/və ya satılması zamanı pul ilə ödənilməli olan debitor və kreditor borcları, dissertasiya işinin birinci fəslində qeyd olunduğu kimi, pul maddələri kimi uçotda və hesabatda əks etdirilməlidir. Bu tələb də həmin standartlardan irəli gəlir.

Ehtiyatların tərkibi, onların qiymətləndirilməsi, yenidən qiymətləndiril­məsi qaydaları MHBS 2 «Ehtiyatlar» və MMUS 8 «Ehtiyatlar üzrə» adlı standartlarla müəyyən olunur. Həmin standartlar ehtiyatlara aşağıdakıları aid edir:

a) adi fəaliyyətin gedişində satış üçün nəzərdə tutulan ehtiyatları (malları və hazır məhsulları);

b) bu cür satış üçün istehsal prosesindədir (bitməmiş istehsal); yaxud

c) istehsal prosesində, xidmətlərin göstərilməsində istifadə etmək üçün xammal, yaxud materiallar formasındadır.

Əgər torpaq, tikili, avadanlıqlar, investisiyalı mülkiyyət obyektləri satılmaq üçün əldə olunmuşsa, yaxud istifadəsi dayandırılıb satılmaq üçün nəzərdə tutularsa, onda həmin aktivlər də ehtiyatların tərkibində uçota alınmalıdır.

Dəyəri xarici valyuta ilə ifadə olunan bu və ya digər resursun ehtiyat kimi tanınması məlum iki kriteriya əsasında müəyyən edilir: a) həmin resursdan gələcəkdə iqtisadi fayda götürmək ehtimalı vardır; b) həmin resursların dəyərini etibarlı şəkildə ölçmək mümkündür.

Xarici valyuta ilə ifadə olunan ehtiyatların ilkin olaraq qiymətləndirilməsi aşağıdakı metodlarla həyata keçirilə bilər:



  • maya dəyəri ilə;

  • normativ xərclərlə;

  • pərakəndə qiymətlərlə.

Ehtiyatların maya dəyərinə onların əldə olunması, emalı və cari vəziyyətə və cari dövrdə yerləşdiyi yerə gətirilməsi ilə əlaqədar xərclər daxildir.

Normativ xərclər əsasında adətən bitməmiş istehsalın qalığı qiymətlən­dirilir, pərakəndə qiymətlər isə ticarətdə tətbiq edilir.

Adları çəkilən standartlar bütün ehtiyatların, o cümlədən dəyəri xarici valyuta ilə ifadə olunmuş ehtiyatların iki kəmiyyətdən ən aşağı olanı ilə qiymətləndirilməsini tələb edir. Bu tələb MHBS 2 və MMUS 8-də təsbit edilsə də, MHBS 21 və MMUS 22 də həmin müddəanı qüvvədə saxlayır. İki kəmiyyət qismində ehtiyatların balans dəyəri və ödənilmə dəyəri götürülür. Ehtiyatlar balansda həmin kəmiyyətlərdən ən aşağı olanı ilə götürülür. Əgər ödənilmə dəyəri balans dəyərindən aşağıdırsa, ehtiyatlar balansda ödənilmə dəyərilə, balans dəyəri ödənilmə dəyərindən aşağıdırsa – ehtiyatlar balansda balans dəyəri ilə əks etdirilməlidir. Ödənilmə dəyəri kimi mümkün xalis satış dəyəri (qiyməti) götürülür. Məsələn, malın (materialın) satış qiyməti 1000 dollar, satış ilə əlaqədar xərclər 100 dollar təşkil edirsə, onda həmin malın (materialın) mümkün xalis satış dəyəri 900 dollar (1000 – 100) təşkil edəcəkdir. Əgər malın (materialın) balans dəyəri 1200 dollar təşkil edirsə, onda burada qiymətdəndüşmədən zərər meydana çıxmış olur – 300 dollar (1200 – 900). Aktivlərin, o cümlədən dəyəri xarici valyuta ilə ifadə olunan ehtiyatların qiymətdən düşməsinin uçotu prosedurları MHBS 36 «Aktivlərin qiymətdən düşməsi» və MMUS 24 «Aktivlərin qiymətdən düşməsi üzrə» adlı standart­larla tənzimlənir. Dəyəri xarici valyuta ilə ifadə olunmuş ehtiyatların iki kəmiyyətdən ən aşağı olanı ilə qiymətləndirilməsi hər şeydən öncə ehtiyatlılıq (konservatizm) prinsipinin tələblərindən irəli gəlir. Ancaq mümkün xalis satış dəyərinin müəyyən edilməsi çox da asan məsələ deyil. Ehtiyatların növlərindən və təyinatından asılı olaraq mümkün xalis satış dəyərini müxtəlif qaydada müəyyən etmək olar. Məsələn, artıq bağlanmış kontraktın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ehtiyatların mümkün xalis satış qiymətini kontrakt qiyməti əsasında müəyyən etmək mümkündür. Digər situasiyalarda ədalətli dəyərdən, cari bazar qiymətlərindən istifadə etməklə mümkün xalis satış dəyərini hesablamaq olar.

Ehtiyatın ödənilmə qismində götürülmüş mümkün xalis satış dəyəri onun maya dəyərindən aşağı olduqda maya dəyəri ödənilməmiş qalır, yəni zərər meydana çıxır. Ödənilmə, yaxud mümkün xalis satış qiyməti ilə ehtiyatın dəyərinin balans dəyərindən aşağı olması aşağıdakı səbəblərdən ola bilər: ehtiyatlar zədələndikdə; ehtiyatlar köhnəldikdə; ehtiyatların satış qiymətləri aşağı düşdükdə; ehtiyatların emalı və satışı üzrə nəzərdə tutulan xərclərdən artıq xərclər çəkildikdə və s.

Əgər xammal və materialların daxil olacağı hazır məhsulun həmin xam­mal və materialların maya dəyərindən aşağı qiymətlə satılması nəzərdə tutul­mursa, onda sözügedən ehtiyatlar maliyyə hesabatında maya dəyərindən aşağı qiymətlə əks etdirilə bilməz.

MHBS 2 və MMUS 8-ə əsasən hər bir sonrakı hesabat dövründə müm­kün xalis satış dəyərini yenidən müəyyən etmək lazımdır. Ehtiyatların ucuz­laşmasına, daha doğrusu qiymətdən düşməsinə səbəb olan amillər arasından qalxdıqda və qiymətlər qalxmış olduqda, onların əvvəlcə zərərə silinmiş məbləğ qədər dəyərini (qiymətini) artırmaq vacibdir. Bu o deməkdir ki, həmin ehtiyatları maya dəyəri səviyyəsində əks etdirmək lazım gələcəkdir. Əlbəttə, təcrübədə çox nadir hallarda ola bilər ki, eyni ehtiyatlar şirkətdə gələn hesabat ilinin sonuna qalmış olsun və buna görə də çox hallarda mümkün xalis satış qiyməti (dəyəri) onların balans dəyərini üstələyir. Odur ki, əvvəlcə zərərə (ehtiyata) silinmiş məbləğ indiki hesabat dövrünün xərclərinin azalmasına silinəcəkdir. Məsələn, şirkətin 2011-ci ilin axırına 10 000 dollarlıq mal ehtiyatı olmuşsa, onların mümkün xalis satış dəyəri isə 8000 dollar təşkil etmişsə, onda 2000 dollar məbləğində fərq 2011-ci ilin xərclərinə, yaxud zərərlərinə silinəcək. Əgər 2012-ci ildə həmin malların qiyməti 13 000 dollar olmuşsa, onda həmin ehtiyatlar 2012-ci ilin hesabatında 10 000 dollar məbləğində əks etdiriləcəkdir, 2011-ci ildə zərərə silinmiş 2000 dollar isə geri çıxılmalı və 2012-ci ilin xərclərinin azalması kimi əks etdirilməlidir.

Bütövlükdə iki kəmiyyətdən ən aşağı olan kəmiyyətlə qiymətlən­dirilməsinin tətbiqinin beynəlxalq praktikada üç metodu mövcuddur:


  1. növlət üzrə (ədədi) metod;

  2. əsas kateqoriyalar metodu;

  3. ehtiyatların ümumi kəmiyyəti metodu.

Birinci metod tətbiq olunarkən ehtiyatın hər bir növünün, yaxud ehtiyat vahidinin maya dəyəri (balans dəyəri) ilə onun mümkün xalis satış dəyəri müqayisə edilir və hər bir halda aşağı olan kəmiyyət müəyyən olunur, sonra həmin məbləğlər toplanılır.

İkinci metod tətbiq olunarkən ehtiyatların əsas kateqoriyalarının balans dəyəri (maya dəyəri) ilə mümkün xalis satış dəyəri (qiyməti) müqayisə olunur və hər kateqoriya üzrə ən aşağı kəmiyyət müəyyən edilir, daha sonra həmin kəmiyyətlər toplanılır.

Üçüncü metoddan istifadə edərkən bütün ehtiyatlar balans dəyəri (maya dəyəri) və mümkün xalis satış dəyəri ilə qiymətləndirilir və sonra ehtiyatların qiymətləndirilməsi üçün ən aşağı kəmiyyət götürülür.

Nəzərdən keçirilən metodlar aşağıdakı cədvəlin materialları əsasında aprobasiya olunur (cədvəl 2.2.1).




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin