Misal 2.3.1. 02.05.2011 tarixiqcə xarici firmaya satılmış malın dəyəri daxil olmuşdur – 40 000 dol., bu zaman məzənnə 1 dol. / 1,30 man. təşkil etmişdir. Daxil olmuş xarici valyuta funksional valyuta ilə ilkin olaraq həmin tarixdə 52000 manat (40 000 1,30) məbləğində əks etdiriləcəkdir. Mühasibat yazılışı belə əks etdiriməlidir:
Debet 223 Bank hesablaşma hesabları – 40 000 dol. / 52 000 man.
Kredit 205 Mallar – 40 000 dol. / 52 000 man.
Gətirilən misalda debitor borcunun olmadığı görünür. Debitor borcu yaranmadığı halda əməliyyat tarixi ilə hesablaşma tarixində olan məzənnələrin müqayisəsinə və beləlielə məzənnə fərqlərinin uçotuna ehtiyac yaranmır. Ancaq əgər malın satışının tanındığı (gəlirin tanındığı) an ilə satışdan pulun daxil olduğu an arasında fərq varsa, onda əməliyyat tarixindəki məzənnə ilə hesablaşma tarixindəki məzənnə müqayisə olunmalı və məzənnə fərqi müəyyən edilib uçota alınmalıdır.
Dostları ilə paylaş: |