Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə50/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   46   47   48   49   50   51   52   53   ...   59
Misal 2.4.2. Müqaviləyə əsasən xarici malsatandan mal alınmışdır. 20.09.2011 tarixində xarici malsatanın hesabı aksept edilmişdir – 100 000 dol., həmin tarixdə məzənnə 1 dol. / 1,10 man. təşkil etmişdir.

Debet 205 Mallar – 100 000 dol. / 110 000 man.

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 100000 dol. / 110 000 man.

Borcun məbləği – 100 000 dol. / 110 000 man. olmuşdur. 20.09.2011 tarxində məzənnə dəyişilmiş, malın dəyəri bdənilməmiş qalmışdır: məzənnə 1 dol. / 1,40 man., borcun məbləği – 100 000 dol. / 140 000 man.

Məzənnə fərqi: (1,40 – 1,10)  100 000 dol. = 30 000 man., yaxud 140 000 man. – 110 000 man. = 30 000 man.

Məzənnə fərqi malalan üçün mənfi olmuşdur:

Debet 731-8 Məzənnə xərcləri – 30 000 man.

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kredittor borcları – 30 000 man.

28.11.2011 tarixində məzənnə dəyişilmiş, borc ödənilməmişdir. Məzənnə – 1 dol. / 1,50 man., borcun məbləği – 100 000 dol. / 150 000 man.

Məzənnə fərqi: (1,50 – 1,10)  100 000 dol. = 40 000 man., yaxud 150 000 – 110 000 = 40 000 man.

Debet 731-8 Məzənnə xərcləri – 40 000 man.

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 40 000 man.

31.12.2011 tarixində məzənnə dəyişilmiş, borc ödənilməmiş qalmışdır.

Bağlanma (son, yaxud spot) məzənnəsi – 1 dol. / 1,60 man., borcun məbləği 100 000 dol. / 160 000 man.

Məzənnə fərqi (1,60 – 1,10)  100 000 dol. = 50 000 man., yaxud 160 000 – 110 000 = 50 000 man.

Debet 731-8 Məzənnə xərcləri – 50 000 man.

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 50 000 man.

20.01.2012 tarixində borc ödənilmişdir, məzənnə 1 dol. / 1,70 man., ödənişin məbləği – 100 000 dol. / 170 000 man. olmuşdur:

Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor bocları – 100 000 dol. / 170 000 man.

Kredit 223 Bank hesablaşma hesabları – 100 000 dol./ 170 000 man.

Məzənnə fərqi: (1,70 – 1,10)  100 000 dol. = 60 000 man., yaxud 170 000 – 110 000 = 60 000 man.

Debet 731-8 Məzənnə xərcləri – 60 000 man.

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor bocları – 60 000 man.

20.01.2012 tarixinə yaranmış məzənnə fərqinin cəmi məbləğinin, yəni 60 000 manatın 50 000 manatı 2011-ci hesabat ilinin, 10 000 manatı isə – 2012-ci, yəni cari ilin mənfi məzənnə fərqi kimi uçota alınacaqdır.

Ödənilməli olan digər pul maddələri üzrə qısamüddətli öhdəliklərin yaran­ması, ödənilməsi və bu zaman yaranan məzənnə fərqlərinin uçotu qaydaları da malların alınması və dəyərlərinin ödənilməsi zamanı baş verən əməliyyatların uçotuna oxşardır. Ancaq fərqli cəhətlər də mövcuddur. Bu fərqlər özünü xüsusən də faiz xərcləri yaradan qısamüddətli pul öhdəliklərinin yaranması və ödənilməsi zamanı qabarıq şəkildə göstərir.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin