Misal 2.4.4. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə Respublikasında təhsil alan azərbaycanlı tələbələ aylıq təqaüd hesablayır və ödəyir. 2012-ci ilin oktyabr ayı üçün hesablanmış təqaüdün cəmi məbləği 10 000 dol. təşkil edir. Köçürüləcək komisyon məbləği köçürüləcək məbləğin 1,5-i həcmində nəzərdə tutulmuş və həmin məbləğ hesablanmışdır – 150 dol. (10 000 1,5% : 100). Həmin dövrdə məzənnə – 1 dol. / 1,10 man. olmuşdur. Qeyd edək ki, təqaüd şirkətin xarici iqtisadi fəaliyyətdən əldə etmiş olduğu xalis mənfəət hesabına ödənilir. Təqaüd şirkətin ölkə daxilindəki valyuta hesabından, ya da Türkiyə Respublikasında olan valyuta hesabından ödənilə bilər.
Xalis mənfəət hesabına hesablanmış təqaüd məbləğinə – 10 000 dol. / 11 000 man.:
Debet 341 Hesabat dövrünün xalis mənfəəti (zərəri) – 10 000 dol. / 11 000 man.
Kredit 545 Digə qısamüddətli öhdəliklər – 10 000 dol. / 11 000 man.
Təqaüd üzrə pul vəsaiti həmin ilin noyabr ayının 5-də köçürülmüşdür. Bu zaman məzənnə 1 dol. / 1,55 man. təşkil etmişdir. Onda öhdəliyin məbləği – 10 000 dol. 1,55 man. = 15 500 man. olacaqdır:
Debet 545 Digər qısamüddətli öhdəliklər – 10 000 dol. / 15 500 man.
Kredit 223 Bank hesablaşma hesabları – 10 000 dol. / 15 500 man.
Göründüyü kimi, təqaüdün hesablanması zamanı və öhdəliyin ödənilməsi zamanı mübadilə məzənnələri müxtəlif olmuşdur. Şirkət üçün məzənnə mənfi istiqamətdə dəyişilmişdir, daha doğrusu dolların məzənnəsi qalxmışdır – (1,55 man. – 1,10 man.) 10 000 dol. = 4500 man., yaxud 15 500 man. – 11 000 man. = 4500 man.
Komisyon məbləği hesablanmışdır – 150 dol.
Komisyon məbləği üzrə ƏDV – 150 18% : 100 = 27 dol. Məzənnə – 1 dol. / 1,10 man.
Debet 341 Hesabat dövrünün xalis mənfəəti (zərəri) – 150 dol. / 165 man.
Kredit 545 Digər qısamüddətli öhdəliklər – 150 dol. / 165 man.
Debet 241 Əvəzləşdirilən əlavə dəyər vergisi – 27 dol. / 29,7 man.
Kredit 545 Digər qısamüddətli öhdəliklər – 27 dol. / 29,7 man.
Məbləğ köçürüldükdə məzənnə 1 dol. / 1,55 man. təşkil etmişdir. Məbləğ cari ilin noyabr ayının 6-da köçürülmüşdür.
Debet 545 Digər qısamüddətli öhdəliklər – 177 dol. / 194,7 man.
Kredit 223 Bank hesablaşma hesabları – 177 dol. / 194,7 man.
Məzənnə fərqi (1,55 – 1,10) 10 000 dol. = 4500 man., yaxud 15 500 – 11 000 = 4500 man. əsas öhdəlik üzrə:
Debet 731-8 Məzənnə fərqləri – 4500 man.
Kredit 545 Digər qısamüddətli öhdəliklər – 4500 man.
Məzənnə fərqi: (1,55 – 1,10) 177 dol. = 79,65 man., yaxud 274,35 man. – 194,70 man. = 79,65 man. – komisyon məbləğ üzrə:
Debet 731-8 Məzənnə fərqləri – 79,65 man.
Kredit 545 Digər qısamüddətli öhdəliklər – 79,65 man.
Beləliklə, gəlirlərin misalda məzənnə fərqləri eyni hesabat dövrü ərzində baş verdiyi üçün həmin fərqlər hesablaşmanın aparıldığı tarixlə, əməliyyatların tarixi üzrə mövcud olan məzənnə mübadilələri arasında olan fərqlər kimi hesablanmışdır. Həmin əməliyyatlar başa çatdığı üçün bağlanma məzənnəsindən istifadə olunur.
Paraqrafın sonunda uzunmüddətli öhdəliklərin, hansıların ki, dəyəri valyuta ilə ifadə olunmuşdur, yaranması və ödənilməsi zamanı, həmçinin onların yenidən hesablanması zamanı yaranan məzənnə fərqlərinin hesablanması metodikasını və uçot hesabatda əks etdirilməsi qaydalarını maliyyə icazəsi üzrə şərti misaldan istifadə etməklə nəzərdən keçirək.
Dostları ilə paylaş: |