Misal 2.4.5. Rezident şirkət xaricdə avadanlıq icarə etmişdir. İcarənin müddəti 5 il təşkil edir. Ümumi icarə məbləği beş il üçün 5 000 000 dol., illik icarə məbləği – 1 000 000 dol. (5 000 000 dol. : 5 il). İllik icarə məbləği hər ilin başlanğıcında ödənilir. Birinci ödəniş müqavilə bağlandığı ödənilir. Birinci ödəniş müqavilə bağlandığı anda ödənilmişdir. İcarəyə götürülən avadanlığın balans dəyəri 4 000 000 dollar təşkil edir. 5 ildə icarə öhdəliyinin müqavilədə nəzərdə tutulan məbləğə çatdırılması üçün tələb olunan faiz dərəcəsi illik 13,0%-ə bərabərdir. Hər il ödənilməmiş əsas borc məbləğindən 1,0% həcmində icarəyəvermə faiz gəliri (icarədar üçün faiz xərci) hesablamaq lazımdır ki, icarə müddətində 1 000 000 dollar məbləğində faiz ödənilmiş olsun. Faiz üzrə öhdəlik hər il əsas borcun ödənilməmiş məbləğinə əsasən hesablanır. Cədvəl 2.4.1-də icarə tədiyyələrinin qrafiki hər ilin sonunda hesablanmış faizin məbləğini, illər üzrə əsas borcun azalmasını və hesablanmış amortizasiyanın məbləğini əks etdirir. İcarə müddətində, yəni 5 ildə amortizasiya məbləği icarə olunmuş avadanlığın dəyərini ödəmiş olur. Lakin cədvəldə icarə öhdəliklərinin yaranması və ödənilməsi zamanı yaranan məzənnə fərqləri öz əksini tapmamışdır. Həmin məzənnə fərqlərini ayrı-ayrı dövrlər üzrə öhdəliklərin yaranması və ödənilməsi üzrə məbləğləri hesablarda əks etdirən zaman da göstərmək mümkündür.