2.5. Xaricdə fəaliyyətin göstəricilərinin hesabatın təqdim olunma valyutasına yenidən hesablanması Əgər şirkət xaricdə fəaliyyətə, məsələn, törəmə şirkətə malikdirsə, həmin törəmə şirkətin hesabatının göstəricilərini konsolidə olunan hesabatın valyutasına yenidən hesablamaq lazım gəlir. MHBS 21 və MMUS 22-yə əsasən bu cü xarici fəaliyyətin hesabat göstəriciləri funksional valyutaya (hesabatın təqdim olunma valyutasına) aşağıdakı məzənnələri tətbiq etməklə yenidən hesablanmalıdır:
Pul (monetar) maddələr – Son məzənnə ilə;
Mənfəət və zərərlər haqqında hesabatda tanınmış gəlirlər və xərclər – Əməliyyatın aparıldığı tarixdə olan məzənnə ilə, yaxud həmin dövrdəki orta məzənnə ilə.
Misal 2.5.1. Ana şirkət xaricdə fəaliyyətin (törəmə şirkətin) 100%-nə nəzarət edir. Törəmə şirkətin balansı aşağıdakı kimidir (cədvəl 2.5.1).