Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Azərbaycanın Özbəkistanla idxal-ixrac əməliyyatlarının həcmi



Yüklə 3,2 Mb.
səhifə13/24
tarix10.01.2022
ölçüsü3,2 Mb.
#107831
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Azərbaycanın Özbəkistanla idxal-ixrac əməliyyatlarının həcmi

(min ABŞ dolları)

İllər

Göstəricilər



2011


2012


2013


2014


2015

İdxal

50555.1

8027.4

10769.4

23611.9

6168.7

İxrac

21881.7

11523.4

10678.5

37900.3

10872.7

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları.
Mərkəzi Asiya dövlətlərindən qitənin şimali şər­qində yerləşən Qırğızıstan respublikası ile Azerbay­can dövlətinin qədimdən qırılmaz köklər bağlasa da beynəlxalq münasibətlər səviyyəsində əlaqələr əsa­sən dövlət müstəqilliyi əldə edildikdən sonra qurul­mağa başlandı. 1936-cı ildən keçmiş SSRİ məkanın­da müttəfiq respublika statusu alan Qırğızıstan 1991- ci ildə Ali Sovetin müvafiq qərarı ilə dövlət suverenli­yini elan etdikdən sonra prezident vəzifəsini təsis et­məklə 1992-ci ilin martın ikisində BMT-yə üzv qəbul olundu. Müstəqil dövlət kimi fəaliyyətə başalyan Qır­ğızıstan ilk dövrlərdən dünyanın bir çox ölkələri ilə münasibətlərini beynəlxalq təcrübəyə əsaslanaraq qurmağa çalışdı ki, həmin ölkələrdən biri də Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan oldu. Ötən bir neçə illər ərzində Azərbaycan dövləti ile Qırğızıstan Respublikası arasında faydalı əməkdaşlıq üçün müvafiq şərait yaradılmasına səy göstərilmiş yə bütün bunlar isə dövlət səviyyəsində həyata keçiril­mişdir. Qırğızıstan Respublikasının Azərbaycanla iqti­sadi əlaqələrini fəallaşdırmaq, ənənəvi dostluq mü­nasibətlərini bərpa etmək, hər iki ölkə arasında tica­rət sahəsində əməkdaşlığın səmərəliliyini və sərfəliliyini təmin etmək məqsədilə 2016-cı ilin sonlarında Qırğızıstan hökumətinin qərarı ilə bu ölkənin Azər­baycanda ticarət nümayəndəliyinin yaradılması qeyd olunan tədbirlərin həyata keçirilməsi sahəsində görü­lən işlərin yalnız biridir.

Azərbaycan Respublikasının məqsədyönlü döv­lət siyasəti nəticəsində ölkəmiz daima Asiya dövlət­ləri ilə sıx əməkdaşlığı davam etdirir və gələcəkdə də bu əlaqələr beynəlxalq münasibətlər səviyyəsində in­kişaf etdiriləcəkdir.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin