FƏSİL III. AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKİŞAF İSTİQAMƏTLƏRİ
3.1. Mərkəzi Asiya region ölkələrinin tranzit-kommunikasiya sistemlərinin formalaşması və inkişafında beynəlxalq layihələrin rolu.
Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Nəqliyyat rabitə, təhsil, səhiyyə, energetika kimi ölkə iqtisadiyyatının infrastruktur sferalarıyla yanaşı, cəmiyyətin həyat fəaliyyətinin ilkin ehtiyaclarını təmin edir, dövlətin sosial, iqtisadi, xarici siyasi prioritetlərinin nailiyyətlərinin əldə edilməsində mühüm rol oynayır. Nəqliyyat Azərbaycan iqtisadiyyatının inkişafının prioritetli istiqamətlərindən biridir və bu sferaya dövlət səviyyəsində ayrıca nəzarət edilir. 2014-cü ildə bütün nəqliyyat növləriylə 217,9 min ton yük daşınması həyata keçirilmişdir, hansı ki, bu göstərici 2012-ci ilin göstəricisindən 3,25% (7 ton) artıqdır. Göstərilən dövrdə 57,9 min ton yük boru kəməri nəqliyyatıyla, həmçinin təxminən 43,5 min ton yük neft kəmərləriylə, 14,4 min ton qaz kəməri, 23,1 min ton yük dəmiryol nəqliyyatıyla, 11,5 min ton yük dəniz nəqliyyatıyla, 126 ton yük hava nəqliyyatıyla, 125,2 min ton yük avtomobil nəqliyyatıyla daşınmışdır.
Dostları ilə paylaş: |