NƏTİCƏ ...76
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ...79
GİRİŞ
Mövzunun aktuallığı. XX əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yerləşdiyi mövqeyə görə istər Mərkəzi Asiya ölkələrinin, istərsə də Avropa ölkələrinin iqtiadi siyasətlərində yer tutmaq müvəffəqiyyətini əldə etmiş və bu amillər də respublikamızın iqtisadi potensialına, inkişaf prioritetlərinə, xüsusilədə xarici iqtisadi siyasətinin formalaşmasına mühüm təsir göstərmişdir. Bu gün Xəzər regionu böyük neft hövzəsi kimi strateji və geoiqtisadi mövqe baxımından, Şərq-Qərb, Şimal-Cənub tranzit-kommunikasiya sistemlərinin qovşağında dayandığından dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzindədir. Mövzunun aktuallığını şərtləndirən amillərdən biri Azərbaycann Qafqaz və Mərkəzi Asiya regionunda tutduğu mövqeyi, bu regionda iqtisadi əlaqələrin gücləndirilməsi strategiyasıdır. Tədqiqat işində neft strategiyası Azərbaycanın hərtərəfli inkişafı üçün hərəkətverici qüvvə kimi qiymətləndirilir. Mövzunun aktuallığını şərtləndirən digər amil isə respublikamızın beynəlxalq əlaqələrdə siyasətinin qarşısında duran ən mühüm problemlərdən biri olan Xəzərin hüquqi statusu məsələsində Xəzər hövzəsi dövlətlərinin tutduğu mövqeyin təhlili və buna elmi-konseptual yanaşma cəhdidir.
Bu baxımdan müstəqil Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə sosial-iqtisadi, əlaqələrinin tədqiqi yüksək həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. Tədqiqatın əsas məqsədi. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyətini kompleks tədqiq etmək və qiymətləndirmək, bunun əsasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı konkret istiqamətləri müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün magistr dissertasiyasında aşağdakı vəzifələr qarşıya qoyulmuşdur: - Müasir dünya iqtisadiyyatında Mərkəzi Asiya ölkələrin yeri və rolu;
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin qiymətləndirilməsi;
Mərkəzi Asiya region ölkələrinin tranzit-kommunikasiya sistemlərinin formalaşması və “İpək Yolu” layihəsinin reallaşması problemləri;
Azərbaycanın və Mərkəzi Asiya region ölkələrin geoiqtisadi mövqeyinin güclənməsi və iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətləri.
Dostları ilə paylaş: |