Tədqiqatın obyekti və predmeti. Tədqiqat obyektini Azərbaycanın Mərkəzi Asiya region dövlətlərinin iqtisadiyyatı, predmetini isə bu ölkələrin qarşılıqlı iqtisadi əlaqələri, əməkdaşlıq münasibətləri və ona təsir edən geoiqtisadi proseslər təşkil edir .
Tədqiqatda əməkdaşlıq münasibətlərinin predmetini həmçinin Xəzər neftinin əhəmiyyəti, investisiya amilləri, tranzit-kommunikasiya sistemləri, maliyyə-kredit münasibətlərinin öyrənilməsi təşkil edir .
Tədqiqatın elmi yeniliyi aşağdakılardan ibarətdir:
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın vəziyyəti beynəlxalq maliyyə institutların analitik-informasiya mənbələrindən geniş istifadə əsasında kompleks təhlil edilib, qiymətləndirilib və bununla bağlı müvafiq elmi ümumləşdirmələr aparılmış;
Azərbaycanın Mərkəzi Asiya region dövlətləri ilə iqtisadi əməkdaşlıq prosesində tranzit-komnunikasiya sistemlərinin inkişafının rolu tədqiq edilmişdir və onların iqtisadi səmərəliliyi göstərilmişdir;
Azərbaycanın region ölkələri ilə iqtisadi əməkdaşlığının yeni istiqamətləri və perspektivləri müəyyən edilmişdir.
Dostları ilə paylaş: |