Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


S xem №3. Dövlət xərclərinin tərkibi və onun sistematik quruluşu. [29]



Yüklə 0,58 Mb.
səhifə12/37
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108021
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
S xem №3. Dövlət xərclərinin tərkibi və onun sistematik quruluşu. [29]

Dövlət xərclərinin özünəməxsus növlərindən biri də artıq fəaliyyətdə olan və ya yeni yaradılan müəssisələrə payçı qismində həyata keçirilən investisiya qoyuluşudur.Bu investisiyalar hesabına yaradılan mülkiyyət dövlət mülkiyyətinin idarə edilməsi orqanlarının səlahiyyətinə keçirilir. Dövlət xərcləri vasitəsilə ictimai istehsalın struktur dəyişikliyinə, elmi-texniki potensialın artmasına, müəssisələrin yeniləşməsinə və iqtisadiyyatın bütün sahələrinin: texniki təchizatının yaxşılaşdırılmasına nail olunur. Eyni zamanda investisiya siyasətinin həyata keçirilməsində müasir texnologiyaların genişləndirilməsi və həyata keçirilməsi məqsədə müvafiq hesab edilir.



Dövlət müəssisələrinin xərcləri müəssisənin təsərrüfatçılıq fəaliyyəti ilə əlaqədar olan cari və investisiya məsrəfləri, ayrı-ayrı işçilərin və əmək kollektivinin sosial ehtiyaclarının ödənilməsi ilə bağlıdır. Xərclərin bir hissəsi geniş təkrar istehsalın təmin edilməsi məqsədi ilə əsas və dövriyyə fondlarının bərpası ilə yeniləşməsinə, onların daha səmərəli istifadə edilməsinə, yüksək maliyyə nəticələrinin əldə edilməsinə, digər bir hissəsi isə işçilərin sosial ehtiyaclarının təmin edilməsi səviyyəsinin artırılmasına sərf edilir. [15]

Dövlət xərclərinin obyekti kimi dövlətin və onun mülkiyyətində olan müəssisələrin sərəncamına səfərbərliyə alınmış gəlirlər daxildir. Bəzi dövlət gəlirləri bir qayda olaraq konkret növ dövlət xərclərinə təhkim edilməmişdir, bu isə maliyyə resurslarını ölkənin daha vacib sosial-iqtisadi inkişaf istiqamətlərinə yönəltmək üçün şərait yaradır. Eyni zamanda dövləti vəsaitlərin yönəldilməsi istiqaməti üzrə seçim qarşısında qoymuş olur (hərbi, təhsil, sosial və s.).

Dövlət öz funksiyalarını yerinə yetirərkən sosial-mədəni tədbirlərin və xalq təsərrüfatının maliyyələşdirilməsi ilə bərabər idarəetmə strukturlarının saxlanması üzrə xərcləri də həyata keçirir. İdarəetmənin təşkilati formalarının təkmilləşdirilməsi, idarəetmə aparatının sadələşdirilməsi ilə əlaqədar olan tədbirlərin həyata keçirilməsi də ümumi dövlət xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılmasına səbəb olur. Vəsaitlərin məqsədyönlü istiqamətlənməsi, dövlət xərclərinin maliyyə planlarında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirilməsi deməkdir. Dövlət əldə olan vəsaitləri dövlətin iqtisadi siyasətinə uyğun olaraq bu və ya digər tələbatların daha vaciblərini müəyyənləşdirməklə tənzimləyir. [11]

Büdcələrarası münasibətlər sistemində bələdiyyə büdcələrinə mühüm yer ayrılır. Son dövrlərdə yerli büdcələr yerli hakimiyyət orqanlarının rolunun artırılması və fəaliyyətinin güclənməsi ilə əlaqədar olaraq inkişaf etməkdədirlər. Belə ki, getdikcə yerli təsərrüfatların miqyası artır, yerli hakimiyyət orqanlarının funksiyaları genişlənir və mürəkkəbləşir. Bələdiyyə vəsaitlərindən iqtisadi proseslərin tənzimlənməsində, istehsal güclərinin yerləşdirilməsində, yerli müəssisələr tərəfindən istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsində, ərazi infrastrukturunun yaradılmasında, əmək resurslarının təkrar istehsalı üzrə məsrəflərin maliyyələşdirilməsində daha çox istifadə edilir. Eyni zamanda yerli büdcələr sosial proqramların həyata keçirilməsində və artmaqda olan sosial xərclərin maliyyələşdirilməsində də mühüm rol oynayırlar. [20]

Dövlət xərclərinin həyata keçirilməsi zamanı daha yüksək nəticəliliyin əldə edilməsi xərclərin təşkilinin qənaət rejiminə əməl edilməsinə əsaslanır. Bu proses xərclərin əldə edilən nəticələrə nisbətən ardıcıl olaraq azaldılmasının forma və metodlarının sistemi kimi xarakterizə edilə bilər. Dövlət xərclərinin maliyyələşdirilməsi müxtəlif formalarda həyata keçirilir. Aşağıdakı sxemdə bu daha aydın təsvir olunmuşdur:


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin