Büdcənin cari xərcləri. Büdcə xərclərinin əsas hissəsini cari xərclər təşkil edir. Cari büdcə xərcləri dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının,büdcə idarələrinin cari fəaliyyətini təmin etmək, habelə başqa büdcələrə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə dotasiya, subsidiya və subvensiya, qrantlar formasında yardım etmək və s. üçün nəzərdə tutulur. Cari xərclərə malların (işlərin və xidmətlərin) satın alınması, əmək haqqı, əmək haqqına üstəlik, Dövlət Sosial Müdafiə fonduna ayırmalar, daxili və xarici dövlət borcları üzrə ödənişlər və əsaslı xərclərə aid edilməyən digər büdcə xərcləri daxildir. [34]