Cədvəl №2. Azərbaycan Respublikasının 2010-2016-cı illər ərzində dövlət
büdcəsinin gəlirlərinin strukturu (mln. AZN). (mənbə [7, 31, 32]: maliyyə.gov.az)
Göstəricilər
|
2010
|
2011
|
2012
|
2013
|
2014
|
2015
|
2016
|
Cəmi büdcə
gəlirləri,
o cümlədən
|
11403.3
|
15700.7
|
17281.5
|
19496.3
|
18400.5
|
19438.0
|
14566.0
|
ƏDV
|
2082.4
|
2121.0
|
1423.0
|
2768.6
|
2139.0
|
3456.0
|
3446.0
|
Aksizlər
|
514.9
|
495.0
|
454.0
|
594.0
|
784.5
|
684.0
|
637.0
|
Hüquqi şəxslərin
mənfəət vergisi
|
1429.8
|
1210.0
|
1780.0
|
2279.0
|
2217.0
|
2211.0
|
1821.6
|
Mədən vergisi
|
130.0
|
129.0
|
125.2
|
121.0
|
116.0
|
116.0
|
107.2
|
Fiziki şəxslərdən
gəlir vergisi
|
590.2
|
690.0
|
722.0
|
783.0
|
882.0
|
982.0
|
957.0
|
Əmlak vergisi
|
101.8
|
102.0
|
102.0
|
116.0
|
132.0
|
148.0
|
159.2
|
Torpaq vergisi
|
35.3
|
35.0
|
28.0
|
31.0
|
48.0
|
48.0
|
50.0
|
Sadələşdirilmiş
vergi
|
65.4
|
95.0
|
96.0
|
117.0
|
130.0
|
67.6
|
170.0
|
Yol vergisi
|
24.8
|
36.0
|
28.0
|
54.0
|
49.5
|
67.6
|
70.0
|
Gömrük rüsumu
|
218.2
|
215.0
|
232.0
|
285.4
|
330.0
|
348.4
|
348.0
|
Yerli vergi və
yığımlar
|
462.9
|
447.0
|
499.3
|
696.6
|
779.4
|
834.5
|
766.3
|
Digər gəlirlər
|
298.4
|
296.4
|
320.5
|
370.0
|
321.0
|
214.5
|
305.0
|
Sair gəlirlər
|
250.0
|
260.0
|
164.0
|
140.0
|
160.0
|
180.0
|
210.2
|
Cədvələ nəzər yetirsək və gəlirlərin strukturunu təhlil etsək, belə nəticəyə gəlmək olar ki, onun böyük əksəriyyəti (müxtəlif illərdə 70%-dən 93%-ə qədər) vergi daxilolmalarının payına düşmüşdür. Lakin büdcə gəlirlərinin içərisində, həcminə və xüsusi çəkisinə görə ən yüksək yeri Əlavə Dəyər Vergisi, ondan sonrakı mövqeyi isə Hüquqi şəxslərdən alınan mənfəət vergisi tutur. ƏDV-nin ümumi gəlirlərdəki xüsusi çəkisi 2010-cu ildə 18.2% təşkil etdiyi halda, 2012-ci il üzrə 8.6%, 2014-cü il üzrə 11.6%, 2015-ci ildə 20.2%, 2016-cı il üzrə gözlənilən xüsusi çəkisi isə 23.6% civarındadır. [7]
Fiziki şəxslərin gəlir vergisi dövlətin gəlirlərinin formalaşmalasının əsas mənbələrindən biri sayılır.
Fiziki şəxslərdən alınan gəlir vergisinin büdcə gəlirlərində xüsusi çəkisi yüksəkdir. Fiziki şəxslərdən alınan gəlir vergisi 2014-cü ildə 882mln. manat, 2015-cü ildə isə 982 mln. manat təşkil etmişdir. Mənfəət vergisi büdcənin gəlir hissəsinin formalaşmasının mühüm hissəsini təşkil edir. Azərbaycan Respublikasında mənfəət vergisi 1992-ci ildə keçirilmiş islahatlar nəticəsində tətbiq olunmağa başlanmışdır. Dövlət büdcəsinin gəlirlərində mənfəət vergisi öz həcminə görə ƏDV ilə birlikdə ilk iki yeri tutur. Dövlət büdcəsinə 2014-cü ildə 2217.0 2217,0 mln. manat, 2015-ci ildə isə 2 211.0 mln. manat mənfəət vergisi daxil olmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, fiziki şəxslərin gəlir vergisində və mənfəət vergisində son illərdə artma və azalma tendensiyasının mütəmadi olaraq bir-birini izləməsi daha çox müşahidə olunur. Əlavə Dəyər Vergisi vasitəli vergilər qrupuna daxildir. Yəni onun ödəyiciləri istehlakçılardır. Bu vergi Azərbaycanda 1 yanvar 1992-ci ildən tətbiq edilməyə başlanmışdır. Əlavə Dəyər Vergisinin büdcə üçün müəyyən üstünlükləri vardır: bu, gəlirlərin sabit və daimi gəlir mənbəyidir. Büdcə gəlirlərinin formalaşmasında Əlavə Dəyər Vergisinin xüsusi çəkisi daha yüksəkdir. Büdcəyə 2013-cü ildə 2768,6 mln. manat, 2014-cü ildə 2139.0 mln. manat, 2015-ci ildə isə 3456.0 mln. manat Əlavə Dəyər Vergisi daxil olmuşdur ki, bunun da büdcə gəlirlərində xüsusi çəkiləri müvafiq olaraq 14.2%, 11,6% və 17,7% olmuşdur. Nəzər yetirsək görərik ki, ƏDV-dən gəlirlərin ümumi həcmi artma meyli göstərdiyi illərdə ümumi gəlirlərdə onun xüsusi çəkisi əksinə bəzən azalmışdır.[8]
Büdcəyə daxil olan gəlirlər arasında digər vasitəli vergi aksizlərdir. Bunun da ödəyiciləri faktiki olaraq alıcılardır. Aksiz yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulmasıdır. Aksizlərin tənzimləyici əhəmiyyəti o biri vasitəli vergilərə nisbətən azdır. Məhsullara tətbiq olunan aksizlər bütövlükdə büdcəyə daxil olur. 2013-cü ildə büdcəyə 594.0 mln. manat aksiz vergisi daxil olmuş, 2014-2015-ci illərdə isə müvafiq olaraq 784.5 və 684.0 mln. manata yüksəlmişdir. Büdcə gəlirlərindəki xüsusi çəkisi isə təxminən 1% azalmışdır.
Büdcə gəlirlərində vergili daxil olmaladan biri də əmlak vergisidir. Azərbaycan Respublikasının ərazisində əmlak vergisi 1992-ci ildən tətbiq olunmağa başlanmışdır. Əmlak vergisi hüquqi və fiziki şəxslərin əmlak vergisinə bölünür. Azərbaycan Respublikasında verginin bu növünün dövlətin gəlir hissəsindəki xüsusi çəkisi yüksək olmamışdır. Büdcəyə 2014-cü ildə 132,0 mln manat, 2015-ci ildə isə 148,0 mln manat əmlak vergisi daxil olmuşdur. Ümumi gəlirlərdəki xüsusi çəkisi də çox azdır (0,7-1%). [7]
Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il hesablanan vergidir. Tətbiq olunmağa başlandığı dövrdən torpaq vergisinin dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında payı cüzi olmuşdur. 2013-cü ildə 31,0 mln. manat, 2014-2015-ci illərdə isə 48,0 mln. manat torpaq vergisi büdcəyə daxil olmuşdur.
Mədən vergisi Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub şelfində faydalı qazıntıların çıxarılmasına görə tutulur. Mədən vergisi dövlət büdcəsində xüsusi yer tutur. 1996-cı ildən etibarən faydalı qazıntılar fəal surətdə vergiyə cəlb edilməyə başlanmışdır. 2015-ci ildə 116,0 mln. manat mədən vergisi büdcəyə daxil olmuşdur ki, büdcə gəlirlərində xüsusi çəkisi 0.5 faiz təşkil etmişdir. [7]
Büdcə gəlirlərində rüsumların da öz yeri vardır. Rüsum vergi və yığım kateqoriyalı ödəniş növüdür. Rüsum ödəyiciləri müvafiq dövlət orqanları ilə və insanlarla iqtisadi münasibətlərə girən şəxslərdir. Azərbaycan qanunvericiliyi üzrə rüsumların üç əsas növünü mövcuddur: Dövlət rüsumu, Gömrük rüsumu və Birdəfəlik rüsumlar.
Dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən məcburi ödənişdir.
Gömrük rüsumu Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlərdir. İqtisadi mahiyyətinə görə gömrük rüsumları idxal, ixrac və tranzit kimi növlərə ayrılır.
Rüsum və qeyri vergi ödənişlərinin yeri əvvəlki illərdə çox az olsa da, son illərdə bu mənbədən gəlirlər dövlət büdcəsinin ən böyük gəlir mənbəyinə çevrilmişdir. Belə ki, 2014-cü ildə rüsumlardan və qeyri vergi ödənişlərindən gəlirlərin ümumi həcmi 1001.8 mln. manat olduğu halda, 2015-ci ildə bu rəqəm 883.2mln. manata yüksəlmişdir. Rüsumların miqdarının ildən-ilə artması ilə bərabər onun xüsusi çəkisi də artmışdır (2014-cü ildə 4.5% olduğu halda, 2015-ci ildə 5.5%.[7]
Rüsum – vеrgi və yığım kаtеqоriyаlı ödəniş növüdür. Rüsum ödəyiciləri müvаfiq dövlət оrqаnlаrı ilə və insаnlаrlа müəyyən iqtisаdi münаsibətlərə girən şəхslərdir. Rüsumlаrın ən gеniş yаyılmış fоrmаlаrı qеydiyyаt, möhür rüsumu, pоçt, məhkəmə və vərəsəlik rüsumlаrıdır. Sərhəddən кеçirilən mаllаrdаn аlınаn rüsumlаr gömrüк rüsumlаrıdır. Dövlət rüsumu dövlət оrqаnlаrının müəssisə, təşkilаt və fiziki şəхslərə göstərdikləri хidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Dövlət rüsumu аşаğıdаkı hаllаrdа tutulur:
məhkəməyə vеrilən iddiа ərizələrinin və şiкаyətlərin, hüquqi əhəmiyyət kəsb еdən fаktlаrın müəyyən еdilməsi bаrədə ərizələrin və məhkəmə qərаrlаrı bаrəsində şikаyətlərin vеrilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrаr vеrilməsi;
nоtаriаt kоntоrlаrı və dövlət оrqаnlаrı tərəfindən nоtаriаt hərəkətlərinin аpаrılmаsı;
vətəndаşlıq vəziyyəti аktlаrının qеydiyyаtı;
Аzərbаycаn Rеspublikаsındа və yа Аzərbаycаn Rеspublikаsının хаrici ölkələrdəki diplоmаtik nümаyəndəliklərində kоnsul əməliyyаtlаrının аpаrılmаsı;
sənаyе mülkiyyəti оbyеktlərinin qеydə аlınmаsı, müvаfiq mühаfizə sənədlərinin vеrilməsi və оnlаrlа bаğlı digər hüquqi hərəкətlər, hаbеlə icаzələrin bəzi növlərinin vеrilməsi;
хüsusi rаzılıq (lisеnziyа) аlınmаsı tələb оlunаn sаhibкаrlıq fəаliyyəti növlərinə хüsusi rаzılıq (lisеnziyа) vеrilməsi;
hüquqi şəхslərin dövlət qеydiyyаtı və təkrаr qеydiyyаtı;
Dövlət büdcəsinin gəlirlərinin fоrmаlаşmаsındа vеrgilərdən dахilоlmаlаrlа yаnаşı vеrgi оlmаyаn gəlirlər də хüsusi yеr tutur.
Аzərbаycаn Rеspublikаsının dövlət büdcəsinin gəlirlərinin təsnifаtındа vеrgi оlmаyаn gəlirlərin növləri öz əksini tаpmışdır.
Vеrgi оlmаyаn gəlirlərə аşаğıdаkılаr dахildir:
Mülkiyyətdən və sаhibkаrlıq fəаliyyətindən gəlirlər:
Хаrici dövlətlərdən mülkiyyətlə bаğlı gəlirlər:
Cərimə və sаnksiyаlаr üzrə dахilоlmаlаr.
İnzibаti tədiyələr və rüsumlаr (dövlət rüsumlаrı, birdəfəliк rüsumlаr, yоl pоlisinin аldığı rüsumlаr və s.).
Vergilərdən daxilolmalar və vergi olmayan gəlirlərdən əlavə büdcəyə digər gəlirlər də daxildir. Bunlar əsasən aşağıdakılardır:
-Dövlət əmlakının icarəyə verilməsindən daxil olmalar;
-Avropa birliyinin Azərbaycan Respublikasına verdiyi qrant;
-Xarici dövlətlərin hökümətlərinə verilmiş kreditlər üzrə daxil olmalar;
-Mərkəzi Bankın mənfəətindən daxil olmalar;
-Dövlət Neft Fondundan daxil olmalar;
-Və sair gəlirlər. [23]
Sair gəlirlərdən daxil olmalar 2013-cü ildə 140,08 mln. manat, 2014-cü ildə isə 160.0 mln. manat olmuşdur. Sair gəlirlərdən daxil olmaların büdcə gəlirlərindəki xüsusi çəkisi cüzidir (0,8-1%).
Büdcəyə daxil olan gəlirlərə təsir edən müxtəlif amillər mövcuddur. Məhsul istehsalının həcmi belə amillərdən sayılır. Məhsul istehsalının yüksək olması büdcə gəlirlərini də artırır və ya əksinə məhsul istehsalı aşağı olarsa, büdcə gəlirləri də aşağı düşür. Vergi dərəcələri büdcə gəlirlərinə təsir edir. Vergidən yayınmalar, gəlirlərin gizlədilməsi isə büdcə gəlirlərini aşağı salmış olar. Ölkədə siyasi sabitliyin olması da büdcə gəlirlərinə təsir edən amillərdəndir. Siyasi sabitliyin olması iqtisadiyyatın inkişafına şərait yaradır.
Ümumiyyətlə, büdcə gəlirlərinin strukturu dəyişkəndir. Həyat yüksək olan ölkələrdə büdcə gəlirlərinin əsas hissəsini fiziki şəxslərdən alınan vergilər, həyat səviyyəsi aşağı olan ölkələrdə isə dolayı vergilər və hüquqi şəxslərdən alınan vergilər təşkil edir.
Dostları ilə paylaş: |