N Ə T İ C Ə v ə T Ə K L İ F L Ə R
Respublikanın büdcə sistemi maliyyə sisteminin mühüm tərkib hisəsi olmaqla müvafiq dövlət orqanlarının funksiya və vəzifələrinin həyata keçirilməsinin əsas maliyyə təminatıdır. Büdcə sisteminə aid olan bütün büdcə həlqələri qarşılıqlı əlaqə halında fəaliyyət göstərir və bütün büdcələrin məcmusu ölkənin büdcə sistemini təşkil edir. Azərbaycan Respublikasının büdcə sistemi bir sıra mühüm prinsiplər əsasında qurulmuşdur və ölkəmizdə büdcə sistemində vahid təsnifat mövcuddur və büdcənin bütün xərcləri və gəlirləri bu təsnifata uyğun həyata keçirilir.
Bildiyimiz kimi, dövlət tərəfindən iqtisadiyyatın birbaşa tənzimlənməsi büdcə-vergi siyasəti alətləri vasitəsilə həyata keçirilir. Bu siyasətin son məhsulu kimi dövlət büdcəsi, onun gəlir və xərcləri həmişə sosial iqtisadi maraqların daşıyıcıları olan müxtəlif təbəqələr arasında tarazlığı əks etdirir. İqtisadiyyatın inkişaf səviyyəsindən və onun mövcud imkanlarından asılı olmayaraq istənilən ölkədə büdcə xərclərinin səmərəli idarəolunması bütün dövrlərdə ən vacib probemlərdən biri hesab edilir. Bu hər şeydən əvvəl ölkənin sosial həyatının və ayrı-ayrı sahələrin fəaliyyəti və inkişafının dövlət tərəfindən maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin real tələbata uyğun olmaması ilə bağlıdır. Ona görə də xərclərin idarəedilməsi bütövlükdə dövlətin, o cümlədən dövlət büdcəsinin qarşısında duran vəzifələrə uyğun həyata keçirilməlidir.
Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın (balanslaşdırılmasının) təmin edilməsi istiqamətində dövlət tərəfindən bir sıra mühüm addımlar atılmış, qanunlar qəbul edilmişdir. Bu qanunların, o cümlədən büdcə sistemi haqqında qanun xüsusi əhəmiyyət kəsb edir. Bu da öz əksini dövlətin əsas maliyyə planı olan dövlət büdcəsində tapır.
Müasir dövrdə büdcənin gəlirlər bazasının daha da möhkəmləndirilməsi, onun xərclərinin sosial-iqtisadi sferanın daha prioritet sahələrinin inkişafına yönəldilməsi və vəsaitlərdən təyinatı üzrə daha səmərəli istifadə olunması qarsıdam duran vacib vəziflərdən biridir. Həmin vəzifələrin uğurla həyata keçirilməsi məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi məqsədə müvafiq hesab edirik:
dövlət maliyyə nəzarət sisteminin və maliyyə intizamının gücləndirilməsi barədə zəruri islahatların aparılması;
dövlət büdcəsi gəlirlərini artırmaq məqsədilə ÜDM-un həcmində artıma nail olmaq;
dövlət büdcəsinin social və investisiya xarakterli xərclərinin profilini saxlamaq;
büdcə vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üzərində maliyyə nəzarəti mexanizminin gücləndirilməsi;
- dövlət büdcəsi vəsaitlərinin iqtisadiyyatın inkişafına ayrılan hissəsinin təyinatı, konkret məqsədli proqramlar üzrə, eləcə də, müəssisələrin müasir texnika və qabaqcıl texnologiya əsasında yenidən qurulması və onların müasir texnika ilə təchizatının yaxşılaşdırılmasına yönəldilməsi;
- kapital qoyuluşlarını stimullaşdırmaqdan ötrü mənfəətin investisiyalar üzrə istifadə olunan hissəsindən vergi tutulmasının azaldılması və ən mühüm istehsal sahələri üzrə isə ləğv edilməsi;
- makroiqtisadi proqnozlaşdırma sahəsində bir sıra struktur formalaşdırıcı göstəricilər, o cümlədən inflyasiya səviyyəsi, deflyator siyasəti, gömrük və bank uçotu və s. kimi qarşılıqlı əlaqəyə malik parametrlər arasında sinxronlaşmanın gücləndirilməsi və s.
Yuxarıda da qeyd etdiyimiz kimi büdcənin xərclərinin səmərəli istifadə olunmasında Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.Məhz buna görədir ki, gələcəkdə ölkənin dayanıqlı iqtisadi inkişafını təmin etmək baxımından Xəzinədarlığın büdcədən maliyyələşən təşkilatlar üzrə nəzarətinin gücləndirilməsi istiqamətində məqsədyönlü, uğurlu tədbirlər davam etdirilir.
Büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi istiqamətində dövlət xəzinədarlığının tətbiqinin təkmilləşdirilməsi üçün Xəzinədarlığın idarəedilməsinin informasiya sisteminin yaradılması ilə əlaqədar olaraq tender təklifləri Sistem inteqrator tərəfindən qəbul edilmiş, qalib təşkilatla müqavilə imzalanmışdır. Xəzinədarlığın kompüterləşməsi ilə əlaqədar olaraq, müvafiq sahələrin zəruri avadanlıqlarla təmin edilməsi həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir. Xəzinədarlıq sistemində ardıcıl islahatların aparılması büdcə təşkilatlarının gəlirlərinə nəzarəti gücləndirmək, maliyyə proqramlaşdırılmasının səmərəliliyini artırmaq, dövlətə məxsus bütün maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə edilməsini təmin etmək baxımından müsbət rol oynayır.
Qeyd etmək lazımdır ki, Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaitlərinin təyinatı üzrə səmərəli xərclənməsi üzərində dövlət nəzarətini daha da gücləndirmək və təkmilləşdirmək, habelə yol verilmiş nöqsanlar nəticəsində lüzumsuz xərclənən büdcə vəsaitinin bərpasını təmin etmək məqsədi ilə tədbirlər də görülmüşdür.
Bütövlükdə aparılan tədqiqatın nəticəsi olaraq büdcə vəsqaitlərindən istifadənin səmərəsinin artırılması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədə müvafiq hesab edirik:
- Büdcə təşkilatlarının və idarəetmə orqanlarının sayının azaldılması, buözlüyündə büdcənin idarə edilməsini asanlaşdıracaq və optimallığın təmin edilməsinə imkan verəcəkdir;
- Yerli Xəzinədarlıq orqanlarının inkişaf etdirilməsi üçün yerlərdə büdcədən maliyyələşən istehsal və emal sahələrinin yaradılmasının təşkili;
- Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcə layihələrinin göstəricilərinin tamlığına nəzarətin artırılması;
- Həyata keçirilən təhlil, araşdırma, əsaslandırma və qiymətləndirmələr rəsmi məlumatlarla uyğunluq təşkil etməklə obyektiv və qərəzsiz olmalı, əldə edilmiş nəticə və təkliflər əsaslandırılmalıdır.
- Büdcə xərclərinin idarə edilməsi dövlət gəlirlərinin idarə edilməsi ilə sıxbağlıdır. Belə ki, büdcə xərclərinin həcmi büdcə gəlirlərinin dairəsi ilə məhdudlaşdırılır. Lakin digər tərəfdən, büdcə xərclərinin azaldılması da sonrakı illərdə öz mənfi təsirini göstərir. Ona görə də büdcə xərclərinin həcmini və təyinatını müəyyən etmək lazımdır ki, minimum xərclərlə sosial-iqtisadi vəzifələrin həllini ləmin etmiş olsun.
Sonda qeyd etmək istəyirik ki, Azərbaycan hər cəhətdən gələcəyi parlaq olan bir ölkədir. Belə gələcəyə qovuşmanı tezləşdirməkdə isə bu günədək büdcə siyasəti dövlətin bir nömrəli köməkçisi olmuş və bu gündən sonra da olacağına heç bir şübhə yoxdur.
Dostları ilə paylaş: |