Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
səhifə34/37
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108021
1   ...   29   30   31   32   33   34   35   36   37
Tədqiqatın predmeti: Dissertasiya işinin predmeti Azərbaycan Respublikasının büdcə sisteminin nəzəri əsasları, təkamülü, dövlət büdcəsinin gəlir və xərclərinin balanslaşdırılması, büdcə vəsaitlərinin mövcud vəziyyətinin təhlili, idarə edilməsi, onlardan istifadə, səmərəliliyinin artırılması və təkmilləşdirilməsinin nəzəri-metodoloji aspektlərindən ibarətdir.

Tədqiqatın obyekti: Dissertasiya işinin obyekti kimi büdcə sisteminin həlqələri, büdcə gəlirləri və xərcləri, büdcə vəsaitlərinin istifadə və idarə edilməsi üzrə fəaliyyət mexanizmi, tənzimlənməsi, müasir vəziyyətinin qiymətləndirilməsi və inkişaf perspektivləri seçilmişdir.

Tədqiqatın əsas məqsəd və vəzifələri: Dissertasiya işinin əsas məqsədi maliyyə və büdcə sistemi fonunda dövlət büdcəsi vəsaitlərinin formalaşma mexanizmini, onların səfərbər edilməsi, idarə edilməsi və səmərəli sərfiyyatı – bir sözlə büdcə vəsaitlərinin səmərəli idarə olunması məsələlərini geniş şəkildə araşdırmaq, onun təkmilləşdirilməsi problemini ortaya qoyaraq, müasir inkişaf tendensiyalarına diqqət yetirərək beynəlxalq təcrübə ilə müqayisə etmək, yeni istiqamətlər üzrə səmərəliliyin artırılmasına tövsiyələr verməkdən ibarətdir. Bu məqsədlə dissertasiya işimdə büdcə vəsaitlərinin iqtisadiyyata təsir mexanizmi öyrənilmiş, Azərbaycan Respublikasında büdcə sisteminin təşkili xüsusiyyətləri müəyyənləşdirilmiş və inkişaf perspektivləri tədqiq edilmişdir.

Dissertasiya işində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bir sıra istiqmətlərdə vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:



  1. Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və təşkilinə dair nəzəri fikirlərin əsaslandırılması, maliyyə və büdcə sistemindəki rolunun izahı, sosial-iqtisadi inkişafın təmin olunmasında rolunun araşdırılması;

  2. Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması mexanizmi və onun müasir durumunun təhlili;

  3. Müasir şəraitdə büdcə vəsaitlərinin idarə olunması problemlərinin tədqiq olunması və həlli yollarına dair bir sıra təkliflərin verilməsi;

  4. Azərbaycan Respublikasında büdcə vəsaitlərinin idarə olunması sahəsində dövlət orqanları və onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərinin beynəlxalq təcrübədən bəhrələnərək analitik təhlil edilməsi;

  5. Dövlət büdcəsinin idarə olunmasında Hesablama Palatası və Dövlət Xəzinədarlıq Agentliyinin maliyyə nəzarəti funksiyasının icrası funksiyasını yerinə yetirməsi və səmərəliliyinin artırılması perspektivlərinin öyrənilməsi;

  6. Büdcə xərclərinin proqnozlaşdırılması və onların idarə edilməsi üzrə təkliflər verilməsi.

Tədqiqatın nəzəri-metodoloji əsasları: Dissertasiya işinin nəzəri və metodoloji əsasını Azərbaycan Respublikasının qanunvericilik aktları (Azərbaycan Respublikası Konstitusiyası, Büdcə sistemi haqqında qanun, Dövlət büdcəsi haqqında qanun və Milli Məclisin qəbul etdiyi qərarlar və digər qanunlar), Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin iqtisadiyyat, maliyyə, büdcə, vergi və digər aidiyyatı sahələrdə qəbul etdikləri fərman, sərəncam, qərar və digər metodiki təlimatlardan ibarət normativ hüquqi aktlar, eləcə də iqtisadiyyat və maliyyə sahəsində elmi faəliyyətlə məşğul olan alimlərin bu sferada problemlərin təhlili və qiymətləndirilməsinə həsr olunmuş elmi əsərləri (monoqrafiya, dissertasiya, avtoreferat, elmi məqalə), həmçinin azərbaycan, rus və ingilis dillərində olan digər iqtisadi ədəbiyyatlar (kitab, dərslik, dərs vəsaitləri və s.) təşkil edir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları: Geniş informasiya əldə edərək tədiqat işinin dolğun olması məqsədilə müvafiq dövlət strukturlarının (Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Statistika Komitəsi, Hesablama Palatası) məlumatlarından, Mərkəzi Bankın proqram, təlimat və metodiki göstərişlərindən istifadə olunmuş, digər normativ hüquqi sənədlərin (illik və rüblük statistik məcmuələr, hesabat və digər sənədlər) kağız və elektron daşıyıcılar vasitəsi ilə əldə olunması üçün bilavasitə dövlət strukturlarına və ya onların elektron web adres ünvanlarına müraciət olunmuşdur. Tədqiqatın aparılması müddətində müqayisəli təhlil, statistik qruplaşdırma, monoqrafik tədqiqat, iqtisadi-riyazi modelləşdirmə və riyazi-statistik metodlardan istifadə olunmuşdur.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin