Azərbaycan respubliкasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti faкüLTƏ: «Uçot-iqtisad»



Yüklə 94,46 Kb.
səhifə7/29
tarix10.01.2022
ölçüsü94,46 Kb.
#108627
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Nizamnamə kapitalı – direktorlar şurasının qərarı ilə satışa buraxılan səhmlərin məcmusudur. Nizamnamə kapitalı eyni vaxtda satıla bilər. Lakin çox hallarda müəssisə nizamnamə kapitalının yalnız müəyyən hissəsini satır. Səhmdarlara satılan hissə buraxılan səhmlər, satışa buraxılmayan isə buraxılmayan kapital adlanır.

Sabit səhmdar cəmiyyətləri mənfəətlərinin müəyyən hissəsini divident növündə səhmdarlarla bölüşdürürlər. Divident – mənfəətdən səhmdarlara ödəmədir. Dividentlər nəğd ödənilə bilər. Tez canlanan cəmiyyətlər çox hallarda dividenti səhm formasında bölürlər. Beləliklə, kapital qoyuluşu elmi-tədqiqat, təcrübə-konstruktor və s bu kimi işlərə sərf edilən xərclər üçün firmalar nəğd pul vəsaiti saxlayırlar.

Səhm kapitalı haqqında daha konkret bilik əldə etmək üçün onun xarakteristikasını öyrənmək lazım gəlir.

Gəlirlərə qarşı tələb. Səhmdarlar dividenti yalnız kreditorlara faiz ödənildikdən sonra ala bilər, lakin kompaniya divident verməyə borclu deyil.

Aktivlərə qarşı tələb. Bütün kreditorlara borclar qaytarıldıqdan sonra aktivlərin qalan hissəsinə səhmdarların iddia qaldırmaq hüququ vardır.

Ödənilmə şərtləri. Səhmdarlara onların müəssisəyə kapital qoyuluşlarının əvəzini verməyə cəmiyyət borclu deyildir.

Vergi rejimi. Vergilər ödənildikdən sonra, qalan gəlirlərdən divident verilməlidir.

Rəhbərliyə təsir. Səhmdar cəmiyyətinin sahibləri olacaq səhmdarlar cəmiyyətin fəaliyyətinin bəzi məsələləri üzrə səsvermədə iştirak etmək hüququ vardır. Səhmdarların təsir səviyyəsi səhmlərin səpələnməsi və ya təmərküzləşməsi səviyyəsindən asılıdır.




Yüklə 94,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin