Azərbaycan respubliкasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti faкüLTƏ: «Uçot-iqtisad»



Yüklə 94,46 Kb.
səhifə8/29
tarix10.01.2022
ölçüsü94,46 Kb.
#108627
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
Uzunmüddətli ssudalar və lizinq. Uzunmüddətli ssuda – ödəmə müddəti bir ili ötən borcdur. Belə ssudaların ödənilən və ödənilməyən halı ola bilər. Ödənilən ssudanın daha geniş yayılmış halı ipotekadır. Bu girov kimi hər hansı bir əmlakdan istifadəyə təminat verir. Bir çox uzunmüddətli ssudaların mənbəyini kommersiya kreditləri təşkil edir. Son vaxtlar uzunmüddətli kommersiya kreditlərini təqaüd fondundan və sığorta kompaniyalarından təqdim edilir. Uzunmüddətli ssudalar üzrə faizlər qısamüddətli ssudalara nisbətən yüksək olur. Uzunmüddətli kapital qoyuluşunda risk yüksək olur. Çünki həmin məqsəd üçün kredit alan borclunun ödəmə qabiliyyəti gec olur.

Lizinq - uzunmüddətli icarə haqqında qanuni müqavilə olub, istifadə hüququna görə aktivin sahibinə ondan istifadəyə görə müntəzəm ödəməni həyata keçirmək barədə öhdəliyidir. Hər hansı bir mülkiyyəti və avadanlığı əldə etmək üçün kommersiya kreditindən vəsait götürməkdən ötrü firmalar lizinq xidmətindən və ya uzunmüddətli icarədən istifadə edirlər. Müəyyən şəraitdə lizinq həm əmlakı icarə verənə , həm də icarədara vergi güzəştləri edir. Lizinq şəraitin çətinləşməsi ilə əlaqədar ssuda tapmaqda çətinlik çəkən müəssisələr üçün əlverişli yol tapır. Kreditorlar lizinqlərə üstünlük verirlər. Çünki ssuda təqdim edildikdən sonra müəssisə müflisləşərsə, icarədar onun ödənilməsi barədə narahat olmaya bilər. Belə halda lizinq hüquqi cəhətdən sahib olduğu avadanlığı sadəcə geri alır. Bəzi firmalarda səhmlərin 35%-ə qədəri lizinqlərin payına düşür.

İstiqrazlar. İstiqrazlar – kapital cəlb etmək üçün satışa buraxılan borc öhdəliyidir. Müəssisə böyük məbləğdə pul toplamaq lazım gəldikdə onu bütünlüklə bir mənbədən əldə edə bilmir. Belə halda onlar istiqrazlar buraxmaqla bir çox kapital qoyanlara borc iltizamı verirlər. Bu baxımdan istiqraz vərəqi ona malik olana faizlə müəyyən məbləğ ödəmək barədə borc öhdəliyidir. Borc sertifikatına görə istiqraz vərəqində göstərilir ki, onu buraxan hüquqi şəxs istiqrazı özündə saxlayandan müəyyən pul məbləğini borc götürmüşdür. Hər bir istiqraz vərəqinin müəyyən məzənnəsi (nominal dəyəri) vardır. Məzənnə bir istiqraz vərəqinin nominal dəyəridir. Həmin dəyər bir istiqraz vərəqinə görə alınan borcun kəmiyyətinə uyğun olur. İnvestisiya qoyuluşunun üstün formaları. Xüsusi investisiya qoyuluşunun mühüm növlərindən biri səhmdar cəmiyyətlərinin qiymətli kağızlarının səhmlərin, istiqrazların, eyni zamanda dövlət borc istiqrazlarının əldə olunmasıdır. Hazırda investisiya qoyuluşunun geniş yayılmış forması xüsusi investisiya qoyuluşudur. Xüsusi investisiya qoyuluşunun maliyyələşdirilməsində banklar və digər maliyyə-kredit idarələri : sığorta və investisiya kompaniyaları, təqaüd fondları və sair iştirak edir.

Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə xüsusi sektorlar dövlətin əsaslı köməyi ilə sənaye istehsalına qoyduqları investisiyalardan külli miqdarda mənfəət əldə edirlər. Hazırda iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə iqtisadi dirçəlişi məqsədilə xarici sənaye kompaniyaların investisiya qoyuluşları geniş yayılır. Azərbaycan iqtisadiyyatı həmin prosesin parlaq nümunəsidir. Xarici sənaye kompaniyaların əsas hissəsi Azərbaycanda neft hasilatına və digər mineral xammal ehtiyatlarının istismarına : neft buruqlarının qazılmasına, neftin emalı və nəqli üçün zəruri olan avadanlıqların, qurğuların, maddi-material dəyərlərin alınmasına yönəldilir.




Yüklə 94,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin