“Turan” şirkəti özünə məxsus olan ofis binasını öz icarədarlarına ayda 100,000 manat məbləğinə icarəyə verir. “Turan” şirkəti bina daxili ümumi yerlərdə təmizlik və təmir işləri aparır və bu işlərə çəkdiyi aylıq 5,000 manat məbləğində xərci də icarədarlardan alır.
“Turan” şirkəti özünə məxsus olan ofis binasını öz icarədarlarına ayda 100,000 manat məbləğinə icarəyə verir. “Turan” şirkəti binanın daxili ümumi yerlərdə, eləcə də bina ətrafındakı bağ sahəsində və maşın saxlamaq üçün ayrılmış yerdə təmizlik və təmir işləri aparır və bu işlərə çəkdiyi aylıq 10,000 manat məbləğində xərci də icarədarlardan alır.
“Turan” şirkəti özünə məxsus olan ofis binasını öz icarədarlarına ayda 100,000 manat məbləğinə icarəyə verir. “Turan” şirkəti binanın daxilində, eləcə də bina ətrafındakı bağ sahəsində və maşın saxlamaq üçün ayrılmış yerdə təmizlik və təmir işləri aparır və bu işlərə çəkdiyi aylıq 10,000 manat məbləğində xərci də icarədarlardan alır. Bundan əlavə, şirkət binanın konstruksiyasının təmir olunmasına, o cümlədən dam örtüyünün və xarici divarların rənglənməsinə görə məsuliyyət daşıyır. Dam örtüyü 10 ildə bir dəfə dəyişdirilərək ona 1,800,000 manat, bina isə 3 ildə bir dəfə rənglənərək ona 180,000 manat məbləğində xərc çəkilir.
I halda köməkçi xidmətlərin göstərilməsinə çəkilən aylıq xərc əldə olunan gəlirin cəmi 5%-ni təşkil edir və bu, o dərəcədə də əhəmiyyətli deyil. Buna görə də həmin əmlakın investisiya əmlakı qismində tənsif olunacağına ehtimal etmək olar.
II halda köməkçi xidmətlərin göstərilməsinə çəkilən aylıq xərc əldə olunan gəlirin cəmi 10%-ni təşkil edir və bu məbləği də əhəmiyyətli saymamaq olar. Buna görə də həmin əmlakın investisiya əmlakı qismində tənsif olunacağına ehtimal etmək olar.